Bu gün gecə saatlarında Gəncə şəhərində intihar hadisəsi baş verib.
gundemxeber.az qafqazinfo-ya istinadən bildirir ki, şəhər sakini 1983-cü il təvəllüdlü Kamal Yaqubov özünü asıb.
Yaxınları bildirib ki, Kamalın çoxlu borcu olub və qaytara bilmədiyi üçün intihar edib. K.Yaqubov həm də bizneslə məşğul olub, özünün qapı istehsal edən sexi var. Onun 1 yaşlı oğlu və 5 yaşlı qızı var.
K.Yaqubov Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsində Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətində işləyirdi.
Gəncə Şəhər Prokurorluğundan Qafqazinfo-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?