İndoneziyanın paytaxtı Cakartada təşkil edilən bombalı hücumlarda 7 nəfərin həyatını itirdiyi bildirilib. Şahidlər, ilk partlayışın şəhər mərkəzindəki bir kafedə 3 canlı bombanın üzərlərinə bağladıqları bombaları patlatması nəticəsində baş verdiyini bildiriblər. Təcavüzkarlarla təhlükəsizlik gücləri arasında çıxan qarşıdurmanın hələ də davam etdiyi qeyd edilib. İlk hücumdan təxminən 2 saat sonra, hadisə yerinin dərhal yanında ikinci bir partayış baş verib. Şahidlər, 25 polis hadisə yerinə girdikdən 5 dəqiqə sonra bir partlayış da olduğunu söyləyiblər. Partlayışların canlı bomba tərəfindənmi təşkil edildiyi, yoxsa uzaqdan idarə edilən bir bombanınmı patlatıldığı hələ bilinmir.
Strategiya.az həmin hadisədən olan videonu sizə təqdim edir
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?