Braziliyalı model Rakel Santos estetik əməliyyatdan sonra həyatını itirib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2015-ci il gözəllik müsabiqəsinin finalçılarından olan Rakel Santos üzündəki qırışıqlıqları yox etmək üçün estetik əməliyyat keçirib. O, əməliyyatdan bir neçə saat sonra həyatını itirib. Əməliyyatı aparan həkimin sözlərinə görə, mərhumun ölümünə səbəb onun həddindən artıq siqaret çəkməsi olub.
Qeyd edək ki, model bir neçə dəfə estetik əməliyyat keçirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?