Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası prezidentinin təqaüdünün artırılması və "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:
1. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.
2. "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 17) 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilsin:
"1.1. I qrup əlillərə - 165 manat
1.2. II qrup əlillərə - 143 manat
1.3. III qrup əlillərə - 110 manat".
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?