İpoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir. Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.
Nazir hesab edir ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq: "İlk növbədə, İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir. Bu gün İpoteka Fondunun yeni əsaslarla qurulması vacibdir ki, o bazara da çıxa bilsin, vəsait cəlb etsin. Bu vəsait hesabına ölkə xaricində ipoteka kreditlərinə ehtiyacı olanlara ipoteka kreditləri təqdim edə bilsin".
S.Şərifov bildirib ki, ipoteka şərtlərinin sadələşdirilməsi, məbləğin artırılması nəzərdə tutulur: "Manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına, faiz siyasətinə yenidən baxılmasına ehtiyac var".
"Azərbaycanda dövlət xətti ilə maliyyələşən ipoteka kreditlərinin ucuzlaşdırılması nəzərdə tutulmur". gundemxeber.az Report-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlama verən maliyyə naziri Samir Şərifov yeni qurum kimi yaradılan İpoteka Fondu ilə bağlı sualları cavablandırarkən qeyd edib: "Faiz dərəcələri üzrə şərtlərin dəyişdirilməsinə ehtiyac yoxdur, ancaq məbləğin artırılmasına ehtiyac var".
Nazirin fikrincə, ölkədə ipoteka kreditləşməsinin genişləndirilməsinə ehtiyac var: "Bazara yeni istiqrazlar çıxarılıb satılmalı və vəsait cəlb edilməlidir. Əvvəl İpoteka Fondu Mərkəzi Bankın nəzdində olub, indi isə "Azərbaycan İpoteka Fondu" ASC müstəqil qurumdur. Yeni istiqrazlar bazara çıxarılmalı və satılıb vəsait cəlb edilməlidir. İpoteka üçün məbləğin artırılmasına xüsusi ehtiyac var, faiz dərəcələri isə kifayət qədər aşağıdır", - deyə S.Şərifov qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?