Tovuz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
gundemxeber.az.az APA-ya istinadən bildirir ki, rayonun Qazqulu kənd sakini, 1995-ci il təvəllüdlü Bənövşə Hüseynova dəm qazı ilə zəhərlənmə əlamətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, B. Hüseynova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?