GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanlı aktrisa: "Savadsızlıq kütləvi hal alıb"

Azərbaycanlı aktrisa: "Savadsızlıq kütləvi hal alıb"

Tarix: 21-01-2016, 12:31 Bölmə :Ölkə Baxış: 0
Azərbaycanlı aktrisa: "Savadsızlıq kütləvi hal alıb"

gundemxeber.az aktrisa Sənubər İsgəndərlinin kulisə verdiyi müsahibəni təqdim edir:

- Uşaqlıqdan və indi oxuduğunuz kitablardan nələr qalıb yadınızda?

- Mark Tvenin "Şahzadə və dilənci", Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan", Sabirin "Hophopnamə"si ilə demək olar ki, yatırdım. Bidstrup adlı karikaturaçının bir neçə cilddə kitabı vardı, saatlarla onu vərəqləməkdən doymurdum.

- Sizcə, aktyor ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?

- Ümumiyyətlə, mütaliə insanın şəxsiyyət kimi formalaşmasında böyük önəm daşıyır. Hər oxunan kitab həyat müşkülünün min-bir düyünündən birini açır. O ki qaldı məhz aktyorların mütaliəsinə... teatrda tamaşaya qoyulan hər bir əsəri oxumamışdan əvvəl, müəllifin bütün və ya heç olmasa, qismən, əsərləri ilə tanış oluruq. Mütaliə hər bir aktyor üçün vacibdir, mütləqdir.

- Məşhurların bir çoxu mütaliə etmir. Hətta məşhur xanəndələr var ki, ömrü boyu qəzəli səhv oxuyur, mənasını anlamır. Eyni zamanda aktrisalar, aparıcılar sözü düz demir, bəhs etdiyi mövzuya yaxından bələd deyil. Bu məsələyə necə baxırsınız?

- Son dövrlər savadsızlıq kütləvi hal alıb. Texnika inkişaf etdikcə insanlar geri gedir, cahilləşirlər... Sadəcə sosial şəbəkələrdə yazılan statusları, kommentləri oxumaq kifayətdir. Balaca bir cümlədə üç-dörd kobud səhv olur. Televiziyalar reytinq qurbanı olalı tamaşaçılar da onların qurbanı oldular. Hər bir şey zəncirvaridir. Dəhşətlisi isə, hər kəsin öz savadsızlığına, cahilliyinə haqq qazandırmasıdır.

- Türkiyədəki, Rusiyadakı televiziya və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə, bizdə belələri varmı?

- Müqayisə yaxşıdır, ən azından, sağlam rəqabətə yol açır... Amma bəzən də subyektivdir... Ölkə, mentalitet, nüfuz fərqi var...

- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə, elə birinci sənət adamlarından başlamaq lazımdır? Örnək olaraq...

- Sovet dövrünü bu gün tənqid etmək dəb halını alıb, amma bu günümüzün fəxr etdiyimiz bir çox ziyalı insanları o dövrün yetirmələridir... Hər bir orta səviyyəli ailənin kiçik də olsa kitabxanası, evində pianosu və ya başqa musiqi aləti vardı. Bizim sinifdə 30 şagird vardı, onlarda 20-si musiqi məktəblərində də oxuyurdu... Bu gün belə hallara az rast gəlinir. Gəlinlərin cehizinin ən önəmlisi piano, kitablar idi. Mən özüm makulatura yığırdım qonşulardan, kitab almaq üçün. Bəzən heç vermirdilər də... (gülür)

- Yeni mahnıların sözləri sizi qane edirmi?

- Musiqi də teatr kimi kollektiv sənətdir, yəni şair, bəstəkar, aranjmançı, ansabl və nəhayət müğənni... Bu gün bu işi çox vaxt bir nəfər görür. "Moskva göz yaşlarına inanmır" filmində deyildiyi kimi "On je Qoqa, on je Qoşa, on je Jora" (gülür). Ən əsası isə müğənnilərin böyük qismini mahnının ritmi və toy bazarı maraqlandırır.

- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı, status-esemes...

- Yox yazmıram. Heç vaxt da fikrim olmayıb. İstedad elə bir şeydir ki, mənim fikrim olmasaydı belə, hər necə olur-olsun özünü büruzə verəcəkdi. Məcbur mümkün olan şey deyil. Mən indi baxıram nəvəmə, uşaq əlinə nə keçdi, lap balaca bir kağız parçası, evin divarı, stolun üstündəki salfetka qırığı, bu uşaq hər yerdə şəkil çəkir. Bu artıq istedaddır. Yəni özü də bilmədən bizi yönləndirdi ki, ona bir müəllim tutaq.

- Şeir əzbərləyirsiniz heç?

- Şeir əzbərləməyi heç vaxt sevməmişəm, heç yadımda da qalmır. Təbii ki, işimdən dolayı, lazım olub, əzbərləmişəm. Amma indi heç birini belə yadıma sala bilmərəm. Dəftər-dəftər rol əzbərləyim, heç bir çətinliyim olmaz, di gəl bir misra şeir yadımda qalmır (gülür).

- Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.

- Əsərlərini, şeirlərini sevə-sevə oxuduqlarım çoxdur. Hüseyn Cavid, Vaqif Səmədoğlu, Ramiz Rövşən və s.

- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?

- Kulisdə çap olunanlardan bəzilərini ara-sıra oxuyuram. Müasir yazarlarımızdan, özümün aldığım, mənə bağışlanan kitablar var, oxuyuram. Əslinə qalsa, mən xarici yazarları, dünya klassikasından daha çox oxumuşam. Gərək səhvimi düzəldəm (gülür).

- Svetlana Aleksieviçi tanıyırsız?

- Svetlana Aleksieviçin yaradıcılığına bələd deyiləm, yalnız keçən ilin Nobel mükafatçıları sırasında olduğunu bilirəm.

- Səmavi kitablardan hansıları oxumusunuz?

- Səmavi kitablardan yalnız Quranı oxumuşam... Amma deyəsən, təkrar oxuyacam.

- Son olaraq oxuculara nə deyərdiniz?

- Baxmaq - görmək demək deyil. Mütaliə edin ki, "görə" biləsiz. Bu qədər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Gənclər kitab oxuyur”

    “Gənclər kitab oxuyur” ...

    11-04-2017, 16:34

  • 
  • Azercell-dən ədəbiyyat incilərindən elektron istifadə imkanı!

    Azercell-dən ədəbiyyat incilərindən elektron ...

    13-11-2015, 17:32

  • 
  • Məşhur aktrisa: "Mən kişisiz xoşbəxt ola bilmirəm"

    Məşhur aktrisa: "Mən kişisiz xoşbəxt ola ...

    21-11-2015, 12:39

  • 
  • “Bookmate” istifadəçilərinin sayı 11000 nəfəri keçdi

    “Bookmate” istifadəçilərinin sayı 11000 nəfəri ...

    16-11-2016, 02:18

  • 
  • Məşhur aktrisa bu fotoya görə tənqid olundu

    Məşhur aktrisa bu fotoya görə tənqid olundu ...

    25-09-2017, 19:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (535)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu