Bakıda ailədaxili mübahisə sonda bıçaqlanma ilə nəticələnib.
gundemxeber.az Qafqazinfo-ya istinadən bildirir ki, hadisə Sabunçu rayonunda baş verib. Maştağa qəsəbəsi, Albalılıq massivi, yeni tikilidə yaşayan 1983-cü il təvəllüdlü Gülnaz Həsənova bir neçə gün öncə ailə məişət münaqişəsi zəminində əri Təhməz Əhədova bıçaqla hər iki ayağından zərbə vurub. T.Əhədov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilib. Araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?