Baş prokuror Zakir Qaralovun Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarında yaşayan vətəndaşlar üçün qəbulu keçiriləcək.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən əmlumata görə, Azərbaycanın Baş prokuroru Z.Qaralov yanvarın 29-da saat 11:00-da Xızı rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xızı şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?