Vaxtaşırı keçirilən iclasda vitse-prezidentlər, idarə və şöbə rəisləri, onların müavinləri, eləcə də digər yüksək vəzifəli şəxslər iştirak edir. Dünən mediada barəsində şok məlumatlar yayılan SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev də iclasa qatılanlar arasındadır.
Qeyd edək ki, dünən mətbuatda Q.Mehdiyevin həyat yoldaşının 20 milyon dollara Bodrumda 16 villa və hektarlarla torpaq sahəsi alması barədə məlumatlar yayılıb. Bildirilir ki, Q.Mehdiyev SOCAR-ın ən etibarlı adamlarından biridir. Qiymət Mehdiyev SOCAR sistemində bütün tikinti və maliyyə işlərini həyata keçirir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?