Dünən axşam saatlarından başlayaraq respublika ərazisində qarlı hava hökm sürür. Şimal qərb bölgəsinə yağan qar bir sıra çətinliklərə səbəb olub. Əsasən Şamaxı-Qobustan, Şamaxı-Pirqulu avtomobil yollarında avtomobillərin hərəkəti çətinləşib.
gundemxeber.az Region TV-yə istinadən xəbər verir ki, Şamaxı rayonu ərazisinə 20 sm, ucqar yaşayış məntəqələrinə isə 30-40 sm qar yağıb. Dağ kəndlərindən olan Qızmeydan, Pirbəhli, Əhmədli, Sis, Qaldarəsi, Dəmirçi və Zarat kəndlərinə gedən yollarda yaranan qar örtüyü səbəbindən kəndlərə gediş-gəlişdə problemlər yaranıb. Kəndə qonaq qismində gedənlər isə geri qayıda bilmir.
Yolun hərəkət hissəsi tamamilə qar örütyünə bürünüb. Bu da bəzi avtomobilərin hərkətinə maneə törədib. Yola ehtiyatsız çıxan, qış şinlərindən sitfadə etməyən bəzi sürcülər geri qaytmaq məcburiyyətində qalıblar.
Magistral yollarda qar təmizlənsə də, havanın şaxtalı olması yolun buz tutmasına səbəb olub. Qeyd edək ki, hazırda Ağsu dolayları və Bakı-Şamaxı yolu işlək vəziyyətdədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?