"Bu ilin planları ilə bağlı ilk növbədə demək istəyirəm ki, bütün sosial proqramlar tam icra ediləcək".
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, bildiyiniz kimi, maaşlar və pensiyalar qaldırıldı, sosial müavinətlər artırıldı, sosial müdafiə bizim siyasətlərimizin əsas istiqamətlərindən biridir: "Azərbaycan bazar iqtisadiyyatına sadiqdir və bazar iqtisadiyyatı ölkədə uğurla inkişaf edir. Ancaq islahatları apararkən biz hər zaman sosial məsələləri yadda saxlamalıyıq. Unutmamalıyıq ki, biz xalq üçün çalışırıq, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur, onun problemlərini həll etməliyik".
Sorğu
Yeni dizaynımız necədir?