GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qəbələdə saray qarşıdurması: məmurlar bir-birini ifşa edir

Qəbələdə saray qarşıdurması: məmurlar bir-birini ifşa edir

Tarix: 26-01-2016, 17:14 Bölmə :Ölkə Baxış: 0
Qəbələdə saray qarşıdurması: məmurlar bir-birini ifşa edir

Son günlər Qəbələ rayonu ilə bağlı Cumhuriyyet.az olaraq bir neçə şikayət məktubu almışıq. Şikayətçilər cumhuriyyət. az-ın elektron poçtuna bir sıra mətləblərdən xəbər verən informasiyalar sızdırmaqda davam edirlər. Elektron poçtumuza daxil olmuş informasiyalarda yaxın keçmişin gizli saxlanılmış maxinasiyaları, bir sıra sabiq və hazırda iş başında olan məmurların qanuna zidd hərəkətləri və sairlər öz əksini tapmışdır.
Şikayətçilər qeyd edir ki, bu dönəmə kimi Qəbələdə baş verənlər ölkə mətbuatından maksimum dərəcədə gizlədilib. Belə ki, rayonda yaradılmış avtoritar idarəetmə öz bəhrəsini vermişdir. Rayonda aparıcı postlara təyinat alan namizədlər bütün parametrlər üzrə sorğu-suallardan keçmiş, bütünlüklə yoxlanılmış və onlar üçün hazırlanmış çərçivə içərisində fəaliyyətlərinə icazə verilmişdir. Ancaq son zamanlar Qəbələdə baş verənlərlə bağlı cumhuriyyet.az-a daxil olan məlumatlar onu deməyə əsas verir ki, daha vəzifələrdə çalışan məmurlar əvvəlki qaydalarla yaşamaq, fəaliyyət göstərmək istəmirlər. Çünki az qala hər gün onların mənafeyi əleyhinə qərarlar qəbul olunur ki, bu da yaxın gələcək üçün Qəbələni qapalı məkana çevirməyə xidmət edir. Odur ki, bir sıra məmurlar sabiqlər, ictimai fəallar və məlumatlı şəxslər qərar veriblər ki, KİV-lə əməkdaşlıq edərək rayondakı özbaşnalıqları ölkə gündəminə çıxarsınlar.
Son günlərin ən çox müzakirə olunan mövzusu olan keçmiş hərbi şəhərcikdə baş verənlərdir. Bu məsələ cumhuriyyet.az vasitəsilə ictimailəşdirildikdən sonra rayon rəhbərliyi əməlli- başlı narahat olmağa başlayıb. Hərbi şəhərcikdə yaşayan mənbəmiz məlumat verir ki, son yazıdan sonra rayon rəhbərliyində təmsil olunanlar, hansı ki, adları yazıda əks olunub və qeyd edilib ki, icra başçısı Səbuhi Abdullayev, onun müavinləri Arif Allahverdiyev, Abil Ağasəfov və hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin adının hallanması onları əməlli-başlı silkələyibdir: “Hazırda rayon rəhbərliyinin göstərişi ilə hərbi şəhərcikdə təbliğat aparılır ki, güya burada evlərindən çıxarılanlar rus hərbçilərinin evlərini başaldaraq getməsindən sonra, qonşu rayonlardan gəlib evləri zəbt edənlərdir. Güya Ağdaş, Göyçay, İsmayıllı, Oğuz və sair rayonlardan insanlar kütləvi şəkildə şəhərciyə gələrək evlərə soxulublar və rayon rəhbərliyi onları zəbt etdiyi evlərindən çıxararaq evləri Qəbələdə evsiz ailələrə vermək niyyətindədir”. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata görə, bütün bunlar rayon rəhbərliyinin uydurmasıdır. Buradakı evlərin böyük hissəsini elə məmurların özləri zəbt ediblər. Eyni zamanda şəhərcikdə gizli şəkildə axtarırlar ki, kim mətbuatla əməkdaşlıq edirsə, onu üzə çıxarsınlar.
Burada hərbi şəhərcik fəaliyyət göstərəndən uzü bəri yaşayan ailələr var ki, onlar da bir neçə mənzili zəbt ediblər. Hazırda həmin ailələr də rayon rəhbərliyinin mövqeyindən çıxış edirlər. Mənbəmiz onu da bildirir ki, baş verən məmur özbaşnalığına etiraz edən şəxslər polis tərəfindən təqib olunur və bu prosesə rəhbərliyi rayon prokuroru Məqsəd Orucov həyata keçirir: “Məqsəd Orucov on beş (15) ilə yaxındır ki, Qəbələdə prokuror vəzifəsində çalışır. Rayon rəhbərliyi və kuratorun ürəyincə fəaliyyət göstərdiyinə görə ona gözün üstə qaşın var deyən də tapılmır.rr Qəbələdə istənilən cinayət işini yüngülləşdirmək, yaxud ağırlaşdırmaq Məqsəd müəllim üçün su içmək kimi asandır. Məqsəd Orucovun Şəki-Bakı magistralının kənarında Qəbələ rayonu ərazisində villası yerləşir. Məqsəd müəllim son zamanlar hərbi şəhərcikdə rayon məmurlarının adlarının ən çox hallandığı 74-cü binada mənzilə sahiblənib. Buna görə sadə sakinlərə aman vermir ki, işin üstü açılar. Məqsəd müəllim belə işlərdənsə yaxşı olardı ki, rayonda köməyə ehtiyacı olan insanlara kömək etsin. Güya heç kim bilmir ki, insanlar dövlət idarələrində necə alçaldılır, təhqir olunur? Bəyəm Məqsəd müəllimin xəbəri yoxdurmu ki, Qəbələdə rüşvətsiz iş aşmır. Niyə tədbir görmür? Rayon diaqnostika mərkəzinin yanında beş nəfərlik ailə vaqonda yaşayır, bu ailənin yeməyə çörəyi belə yoxdur. Məqsəd müəllim belə insanlara dayaq durmaqdansa harınlamış məmurları müdafiə edir. Məqsəd müəllim hamıdan yaxşı bilir ki, Qəbələ məmurları yetim malı yeməklə məşğuldurlar. Bəs qanunlara ali nəzarət funksiyasını həyata keçirməli olan prokuror niyə vəzifəsinə səhlənkar yanaşır? Niyə cənab prezident kimi xalqa deyil, məmurlara xidmət edir? Nə vaxta kimi Qəbələ prokurorluğu, polis sistemi rayon rəhbərliyinin əlində Qəbələ camaatına qarşı dəyənək kimi istifadə ediləcək? Biz sadə insanlar dövlətimizin başçısı cənab İlham Əliyevdən kömək istəyirik. Xahiş edirik ki, bizləri azğınlaşmış məmurların şərindən qorusun”

Qəbələdə saray qarşıdurması: məmurlar bir-birini ifşa edir

Redaksiyadan: gundemxeber.az olaraq qeyd edirik ki, yazıda adları çəkilən şəxslərin heç birini tanımırıq və onlara qarşı hər hansı qərəzimiz yoxdur. Buna görə də adları çəkilən şəxslərin və dövlət qurumlarının da fikirlərini dinləyib dərc etməyə hazır olduğumuzu bəyan edirik. Mövzu ilə bağlı foto şəkilləri elektron poçtumuza hərbi şəhərcikdəki mənbəmiz göndərib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Qəbələdə zəlzələ olub

    Qəbələdə zəlzələ olub ...

    14-01-2017, 21:04

  • 
  • Qəbələdə güclü yanğın başladı

    Qəbələdə güclü yanğın başladı ...

    8-07-2014, 00:50

  • 
  • Qəbələdə intihar cəhdinin qarşısı alınıb

    Qəbələdə intihar cəhdinin qarşısı alınıb ...

    26-11-2017, 11:59

  • 
  • Qəbələdə təbii fəlakət (Fotolar)

    Qəbələdə təbii fəlakət (Fotolar) ...

    23-07-2015, 13:00

  • 
  • Qəbələdə silahlı insident - iki nəfər qətlə yetirilib - YENİLƏNİB

    Qəbələdə silahlı insident - iki nəfər qətlə ...

    13-12-2013, 18:55


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (5)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu