ABŞ-ın Nebraska Universitetinin professoru Kris Tuanın rəhbərlik etdiyi komanda "Özünü buzdan təmizləyə bilən yollar" layihəsini irəli sürüb.
APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, alimlərin yeni layihəsinə əsasən, polad yonqarlarından və karbondan hazırlanan yeni beton növü elektrikkeçiriciliyə malik olacaq, üzərinə toplanan qar və buzları isidərək əridəcək. Hazırda Amerikanın Federal Aviasiya Administrasiyası beton materialının hazırlanmasını pilot proqram olaraq həyata keçirir. Layihə uğurlu olarsa, ABŞ bu proqramdan aeroport asfaltlarının döşənməsində istifadə edəcək.
Sorğu
Yeni dizaynımız necədir?