gundemxeber.az lent.az-a istinadən bildirir ki, saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Laçın qaçqınları", Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Sığırlı", Astara magistral qaz kəmərləri sahəsinin "İmişli", "Axundov", "Saatlı", "Qaracalar" və "Otuzikilər" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Kürdəmir rayonunun Sığırlı, Şohralı və Ərəbqubalı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Laçın qaçqınları şəhərciyi, eyni zamanda, İmişli, Saatlı və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?