GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kreditləşmə bərpa edildi, ucuzlaşma başladı

Kreditləşmə bərpa edildi, ucuzlaşma başladı

Tarix: 4-02-2016, 22:42 Bölmə :Ölkə Baxış: 0
Kreditləşmə bərpa edildi, ucuzlaşma başladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra qiymətlərin süni şəkildə qaldırıldığı, elə həmin gündən başlayaraq elektrotexnika mağazalarının satışdan imtina etdiyi hər kəsə məlumdur. Artıq bu sahədə buzlar əriməyə başlayıb.

Dekabr ayının sonuna doğru satışdan və kreditləşmədən imtina edən mağazalar artıq kreditləşməni və satışı bərpa ediblər. Təbii ki, bu da, məişət texnikası bazarında müəyyən qədər canlanmaya səbəb olub. Bunu alıcılar da, satıcılar da təsdiq edirlər.

Satıcılar deyir ki, kreditləşmənin bərpası onların satışında aktivliyin müşahidə edilməsinə gətirib çıxarıb. "Düzdür, hazırda bazarda əvvəlki aylarla müqayisədə geriləmə müşahidə edilir. Ancaq bu, qiymətlərin bahalaşdığı ilk vaxtlarla müqayisədə xeyli çoxdur", - deyə satıcı İmran Məmmədov bidirir.

O, bu canlanmanın öz səbəbləri olduğunu deyir: "Dollar bahalaşan gün bizim 249 manata satdığımız telefonların qiymətləri rəhbərlik tərəfindən 379 manata, 699 manata olan televizorun qiyməti 879 manata, 1499 manata olan soyuducunun qiyməti isə 1819 manata yüksəldildi. Ötən günlər ərzində bu şişirdilmiş qiymətlərin alıcıların marağına səbəb olmadığı rəhbərlik tərəfindən başa düşüldü və qiymətlər yenidən aşağı salındı. Məsələn hazırda, qiyməti 379 manata qaldırılan telefon 279, 879 manata təklif edilən televizor 729, 1819 manata təklif edilən soyuducu isə ucuzlaşdırılaraq 1539 manata təklif edilir".

Kreditləşmə bərpa edildi, ucuzlaşma başladı

Müqayisəli qiymətləri göstərən cədvəl

Satıcı qiymətlərin çox cüzi qalxmasının alıcılıq qabiliyyətini aşağı salmasına baxmayaraq, kreditlə satışın onların işini müəyyən qədər asanlaşdırdığını deyir: "Məişət texnikası bazarında kredit şərtləri o qədər də ağır deyil. Kreditə aşya almaq istəyən vətəndaşlara sadəcə şəxsiyyət vəsiqəsi, iş yerinin olması, və Bakı qeydiyyatında olması tələbi irəli sürülür. Bu isə bizim işimizi asanlaşdırır".

Mütəxəssislər isə satıcılar tərəfindən qiymətlərin süni şəkildə qaldırıldıqdan sonra yenidən aşağı salınmasının özünəməxsus səbəbləri olduğunu bildirirlər. İqtisadçı Nicat Hacızadə deyir ki, qiymətlərin yenidən aşağı salınmasının əsas səbəbi bu sahəyə olan olan tələbin azalması ilə bağlıdır: "Bazarın dekabrın sonlarına nisbətən bir az canlanması kreditləşmənin bərpa edilməsi ilə bağlıdır. Ancaq indiki dövrə baxsaq görərik ki, ötən ilin müvafiq dövrü ilə müqaisədə bazarda alıcılıq qabiliyyəti müəyyən qədər azalıb. Hazırda əhali demək olar ki yalnız cari məhsullara pul xərcləməyə üstünlük verir. Bu da bazarda alıcılıq qabiliyyətinin aşağı düşməsinə, alıcılıq qabiliyyətinin aşağı düşməsi isə rəqabət mühitində qiymətlərin azalmasına səbəb olur".

Kreditləşmə bərpa edildi, ucuzlaşma başladı

Nicat Hacızadə, iqtisadçı

Nicat Hacızadənin sözlərinə görə, bu günki bazar və kreditləşmənin bərpa edilməsi də elektrotexnika məhsullarının satışının daha da canlanmasına kömək göstərə bilməyəcək. Nəticədə də alıcıların sayı azalacaq ki, bundan sonra mağazalar daha çox endirimlər etməyə məcbur qalacaqlar. Bu da, rəqabət mühitində qiymətlərin biraz daha aşağı düşməsinə səbəb olacaq. Bu prosesi son günlər dolların ucuzlaşması daha da sürətləndirəcək.

Xatırladaq ki, dekabrın 21-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun nəticəsində manat 47% devalvasiya edib. Qeydə alınan bu haldan bir gün keçməmiş paytaxtın əksər mağazalarının sahibləri satışdan imtina edərək ticarət obyektlərinin qapılarına kilid vurub. Həmin qapısı kilidli qapılar yalnız dekabrın sonlarına doğru, stabillik yaranandan sonra açılmağa başlayıb.

Kreditləşmə bərpa edildi, ucuzlaşma başladı

Elektrotexnika mağazası

Onu da əlavə edək ki, dekabr ayının 19-u, hələ dolların bahalaşmasından bir neçə gün əvvəl mağazalarda apardığımız araşdırmalar qiymətlərin qaldırıldığını ortaya çıxarmışdı.

Ümumiyyətlə, qiymətlərin aşağı düşməsində dövlət orqanları tərəfindən aparılan monitorinqlərin də öz payı var. Sahibkarlar süni qiymət artımına yol verdiklərinin dövlət tərəfindən aşkarlanacağı halda cərimələnəcəklərindən çəkindikləri üçün qiymətləri müəyyən qədər aşağı salmağa məcbur olurlar. Əhali ikinci dərəcəli xərclərdən qaçdığı üçün bazarda müəyyən qədər geriləmənin yarandığı məlumdur. Bundan sonra sahibkarların üzərinə düşən əvvəllər olduğu kimi etdikləri güzəştləri bərpa etmək, eyni zamanda kreditləşmə zamanı da müəyyən güzəştlərə getməkdir. Çünki hazırkı vəziyyətdə yalnız bu yolla müştəri cəlb etmək mümkündür.(ANSPRESS)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mərkəzi Bank devalvasiyadan 3,1 mlrd. manat qazanıb

    Mərkəzi Bank devalvasiyadan 3,1 mlrd. manat ...

    21-12-2015, 15:00

  • 
  • Tam üzən məzənnəyə keçidin səbəbi açıqlandı - RƏSMİ

    Tam üzən məzənnəyə keçidin səbəbi açıqlandı - ...

    12-12-2016, 11:09

  • 
  • Azərbaycanda avtomobillər bahalaşdı – Maşın bazarındakı son durum – VİDEO

    Azərbaycanda avtomobillər bahalaşdı – Maşın ...

    18-09-2017, 17:04

  • 
  • Əhali kütləvi şəkildə kredit ödənişindən imtina edir

    Əhali kütləvi şəkildə kredit ödənişindən imtina ...

    21-12-2015, 19:26

  • 
  • Yumurta ucuzlaşıb 7 qəpiyə düşdü

    Yumurta ucuzlaşıb 7 qəpiyə düşdü ...

    3-04-2017, 00:43


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu