Əməkdar artist Elnarə Abdullayeva ilə vokal ifaçısı Ülvi Qılınc barışıb.
Axşam.az-ın məlumatına görə, ifaçıların barışığı "Bizimləsən" verilişində baş tutub. Ü.Qılınc verilişdə polisə verdiyi şikayət ərizəsini geri aldığını bildirib.
Verilişə telefonla zəng vuran E.Abdullayeva aralarında anlaşılmazlıq olduğunu deyib:
"Mənim heç kimlə işim yoxdur. Ona görə də sözüm düz başa düşülmür. Mən o qədər zülm çəkmişəm ki, istəyirəm nazımı çəkən gəlinim olsun. Evdə oturub, mənə qulluq etsin. Sənətdə yorulmuşam. Buna görə gəlin barəsində elə açıqlama vermişəm. Ülviylə danışanda da mən əsəbi olmamışam. Demişəm ki, sən hara, mən hara. Bir yerdə olanda görüşmüşük. Onun efirdə elə söz deməsinə heyrətləndim. Ülvi, mən səni çox istəyirəm. Anlaşılmazlığı ortaya salan insana Allah qənim olsun. Səni öpürəm, şeytana lənət. Bir-birimizi insan kimi dərk edib, başa düşdük. Gəlin, mehriban olaq".
Qeyd edək ki, Ü.Qılınc E.Abdullayevanın "Oğluma müğənni qız almaram" sözlərini qınayaraq, onun haqqında "Psixoloji travması var" demişdi. Vokal ifaçısı bu sözlərə görə, əməkdar artistin ona hədə-qorxu gəldiyini bildirərək, polisə şikayət ərizəsi vermişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?