Bəhreyn dövləti Suriyaya quru qoşunları göndərməkdən imtina edib.
gundemxeber.az publika.az-a istinadən bildirir ki, Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd əl Xəlifə son günlər dünya mediasında bununla bağlı yayılan xəbərləri təkzib edib.
Nazir deyib ki, Bəhreynin İngiltərədəki səfirinin Suriyaya ordu göndərilməsi barədə verdiyi açıqlama doğru başa düşülməyib: "Bəhreyn Suriyaya qoşun göndərməyəcək, bu barədə yayılan məlumatlar doğru deyil".
Xatırladaq ki, bu yaxınlarda Bəhreynin İngiltərədəki səfiri Şeyx Favaz bin Məhəmməd əl Xəlifə "Reuters" agentliyinə müsahibəsində bildirmişdi ki, ölkəsinin hərbçiləri Səudiyyə Ərəbistanı qoşunları ilə birgə Suriyada planlaşdırılan quru əməliyyatlarında iştirak edə bilərlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?