GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Finca Azərbaycan” Qarabağ əlilini intihara sürükləyir

“Finca Azərbaycan” Qarabağ əlilini intihara sürükləyir

Tarix: 9-02-2016, 17:00 Bölmə :Ölkə Baxış: 0
“Finca Azərbaycan” Qarabağ əlilini intihara sürükləyir

Tovuz rayonu, Vahidli kənd sakini, II qrup Qarabağ əlili Abdullayev Elbrus Sakit oğlu prezident İlham Əliyevə müraciət edib. KIV-lərə də göndərilən məktubda Qarabağ əlili “Finca Azərbaycan” bank olmayan kredit təşkilatının (BOKT) ona yaratdığı problemin həllində dəstək istəyir.

Məktubu olduğu kimi təqdim edirik:

Möhtərəm prezident!

Mən 2-ci qrup Qarabağ müharibəsi əliliyəm. Əlil olduğuma görə iş tapmağım demək olar ki, mümkünsüzdür. 3 kiçik yaşlı övladımı dövlətimizin biz əlillərə verdiyi pensiya-müavinət və həyat yoldaşımın aldığı 140 manat maaşla birtəhər dolandırırıq.

2015-ci ilin sentyabr ayında uşaqların böyüdüyünü, xərclərin artdığını nəzərə alıb, heyvan almaq məqsədilə “Finca Azərbaycan” bank olmayan kredit təşkilatının Tovuz filialına kredit üçün müraciət etdim.

Təşkilatdan bildirdilər ki, istədiyim 6 min AZN-in hamısını manatla verə bilməzlər, yarısı dollarla olmalıdır. Onların təkidi ilə 3 min manat və 3 min dollar olmaqla iki kredit götürdüm. Həmin kreditlərin birinə 135 dollar, birinə də 135 manat aylıq ödəniş edirdim. Bundan əvvəl də həmin qurumdan kredit götürmüşəm və hər ay vaxtlı-vaxtında, hətta vaxtından əvvəl ödənişlərimi etmişəm. Başqa banklarda da adıma kredit olub, mən müsbət tarixçəli müştəriyəm, heç vaxt gecikdirməmişəm ödənişlərimi, banklar qarşısında öhdəliyimi qüsursuz yerinə yetirmişəm. Lakin ötən ilin dekabrında ikinci devalvasiya baş verəndən sonra “Finca Azərbaycan”la aramızda problemlər yaşanmağa başladı. Quruma bildirdim ki, mən artan faizləri ödəyə bilməyəcəm, əvvəlki məbləği ödəyəcəm.
Möhtərəm prezident! Mənim aylıq pensiya və müavinətim son artımdan sonra 330 manat civarındadır. Bu, o deməkdir ki, aldığım pensiya və müavinəti az qala bütünlüklə kreditə ödəyirəm. Krediti təsərrüfatımı genişləndirmək üçün götürmüşdüm. Bu məqsədlə 1500 manatdan heyvan almışam, indi isə həmin heyvanın bazarda qiyməti 700-800 manata düşüb. Yəni dolanışığım çətinləşib. Bununla belə, mən krediti ödəməkdən tam imtina etməmişəm, BOKT əməkdaşlarına da bildirmişəm ki, mənə güzəşt edilsin, hələlik köhnə məzənnə ilə ödəniş edim, kredit müddətinin sonunadək imkanım olarsa artan faizləri də ödəyərəm. Lakin onlar mənim heç bir xahişimə məhəl qoymadılar.

Xüsusilə maliyyə naziri Samir Şərifovun sonuncu açıqlamalarından sonra tələbləri artdı. Belə ki, öncə məni ofisə dəvət edib ağ kağıza imza atdırmaq istədilər. Guya mənə ediləcək güzəşti rəhbərliklə razılaşdırıb ora yazacaqlar. Haqqımı-hüququmu, yaşadığım ölkənin qanularını bildiyim üçün bundan imtina etdim. Bu dəfə mənə təklif etdilər ki, dolları yeni məzənnə ilə hesablamaqla, üstəlik də əsas borcun faizini də üzərinə gəlməklə hesablayıb, alınan məbləği də yenidən 23 faizlə mənə kredit versinlər. Bu zaman müddəti 5 ilə uzadacaqlar və nəticədə mənim aylıq ödənişim azalacaq. Amma hesablayanda aydın olur ki, mən indiyədək qaytardıqlarımdan əlavə onlara 8500 manat da ödəməliyəm.

Bu, o deməkdir ki, mən götürdüyüm kreditin 50-60 faizindən də çox faiz ödəməliyəm. Halbuki Siz özünüz də dəfələrlə bildirmisiniz ki, banklar yüksək faizlə kredit verməyi dayandırmalıdırlar. Belə çıxır ki, sizin çağırışlarınıza heç bir məhəl qoyulmur, əyalətdi, ucqar rayondu deyə banklar və BOKT-lar istədiklərini edirlər.

Mən bir neçə dəfə BOKT-a gedib ödəniş etmək istədim, məndən manatla ödəniş qəbul edilmədi. Tələb etdilər ki, dollar alıb dollarla ödəyim. Guya onların ixtiyarı yoxdur manatla ödəniş qəbul etməyə. Bu halda sual yaranır ki, bəs dollar bahalaşanadək niyə qəbul edirdilər? Tovuz ucqar rayondur, dollar tapılmır, tapılan da rəsmi məzənnədən çox baha qiymətə satılır.

Cənab prezident!

Məlumunuz olsun ki, yalnız mən belə durumda deyiləm: yüzlərlə, minlərlə insan xalqın, dövlətin çətin günündən yararlanaraq beşqat qazanc əldə etmək istəyən fırıldaqçıların qanunsuz əməllərindən cana doyub.

Onlar kimlərəsə arxayın olub sadə insanları dövlətdən, Sizdən narazı salmaqla məşğuldurlar.
İnsanlar həddən artıq çətin durumdadırlar, hər kəs ümidlə hansısa güzəştin ediləcəyini gözlədiyi halda maliyyə naziri Samir Şərifov açıqlama verərək vaxtında bankların yüksək faizlə kredit verməsinin qarşısının alınmamasını tənqid edir, indi heç bir güzəştin olmayacağına işarə vurur, bu qurumlar da həmin çıxışdan vəcdə gələrək vətəndaşların üzərinə gedirlər. Vətəndaşlar isə çıxış yolunu bir çox hallarda ölümdə, intiharda görürlər.

Möhtərəm prezident!

“Finca Azərbaycan”ın yerli şöbəsi hər dəfə məni məhkəməyə verilməklə hədələyir. Dövlətimin, xalqımın yolunda canımı qurban verərəm, uf demərəm. Amma bu fırıldaqçıların təzyiqi ilə həbs olunmaqdansa, 3 övladımla birlidə intihar etməyi daha üstün tutaram.

Xahiş edirəm, məni və ailəmi bu fırıldaqçıların, soyğunçuların təzyiqlərindən qoruyun! Təşkilatla aramızda yaranan problemin həllində yardımçı olun".

AFN.az məsələyə qarşı tərəfin də mövqeyini öyrənməyə çalışıb. “Finca Azərbaycan”da səbrlə dinləyib və sorğu təqdim etməyimizi xahiş etsələr də, ünvanladığımız sorğuya cavab verməkdə o qədər də maraqlı olmadılar. Sadəcə, bildirildi ki, “FINCA Azerbaijan” rəhbərliyinin mediada gedən sonuncu müsahibəsində müştərilərə hazırkı iqtisadi şəraitdə kömək edilməsi üçün bir sıra addımlar atıldığı qeyd edilib.
Qeyd edək ki, BOKT-un direktoru Timoti Tarant mətbuata müsahibəsində müştərilərə güzəşt edildiyini(?) vurğulayıb: “İndiki çətin iqtisadi şəraitdə yeni məzənnə rejiminə keçə bilmələri üçün biz hər bir müştəri ilə fərdi işləyərik və əlimizdən gələni edib onlara kömək etməyə çalışırıq.
Kredit müddətini artırırıq. Bəzi müştərilərimizə krediti manata çevirmək imkanı yaradırıq. Bəziləri üçün gözləmə müddətinin vaxtını artırırıq. Hər bir təklifimiz müştəri ilə olan əməkdaşlıq münasibətlərindən asılı olaraq dəyişir və onların ödəmə qabiliyyəti nəzərə alınır. Müştərinin müsbət kredit tarixçəsinin olmasını, bizimlə uzun müddət əməkdaşlıq etməsini və s. amilləri də nəzərə alırıq”.
Göründüyü kimi, cənab Timoti Tarant da konkret olaraq güzəşt edildikdə əlavə faizlərin hesablanıb-hesablanmadığını bildirməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycan Mikro-Kredit”in təsisçisi dəyişib

    “Azərbaycan Mikro-Kredit”in təsisçisi dəyişib ...

    2-11-2018, 13:23

  • 
  • Azərbaycan BOKT-unun təsisçisi dəyişib

    Azərbaycan BOKT-unun təsisçisi dəyişib ...

    22-12-2018, 11:46

  • 
  • “Unibank”ın rəhbəri şəhid adını ucuz tutur

    “Unibank”ın rəhbəri şəhid adını ucuz tutur ...

    11-08-2016, 00:16

  • 
  • Qarabağ əlili özünü yandırdı

    Qarabağ əlili özünü yandırdı ...

    25-12-2013, 12:29

  • 
  • Azərbaycanda 3 kredit təşkilatının lisenziyası ləğv edilib

    Azərbaycanda 3 kredit təşkilatının lisenziyası ...

    4-04-2019, 15:25


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu