Şimali Koreyada daha bir yüksək rütbəli şəxs edam olunub. Moderator.az saytı xarici KİV-ə isitnadən xəbər verir ki, bu dəfə Şimali Korerya Xalq Azadlıq Ordusunun Baş qərargah rəisi Li En Qil korrupsiya faktlarında təqsirli bilinərək, edam edilib. Cənubi Koreya mediası generalın güllələndiyin iddia edir. Baş Qəragah rəisinin şəxsi maraqlar xatirinə rüşvət topladığı məlum olub. Bundan əvvəl, 2015-ci ilin avqustunda baş nazirin müavini En Qonun edam olunduğu təsdiqlənmişdi.
Sorğu
Yeni dizaynımız necədir?