Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı kürd qruplaşması PYD-ni və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı yenidən tənqid edib.
APA-nın Türkiyənin "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, prezident Ərdoğan 20-ci muxtarlar toplantısında çıxışında bildirib ki, PKK ilə PYD və YPG-nin bir fərqi yoxdur: "Amerikaya deyirik ki, bunlar terror təşkilatlarıdır, cavab verirlər ki, onları terror təşkilatı olaraq görmürük. Ey Amerika, siz bizim tərəfimizdəsiniz, yoxsa PYD-nin, YPG-nin? Siz bu təşkilatları bizə tanıda bilməzsiniz. Biz bunları çox yaxşı bilirik. Amma bunların heç birini bu günə qədər tanıya bilməmisiniz. Ona görə də bu gün bölgə qan içindədir. Bu necə ortaqlıqdır? Anlamaq mümkün deyil".
Xatırladaq ki, ABŞ-ın Dövlət Departamentinin sözçüsü Con Kirbi PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?