GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 2 İCRA BAŞÇISI BİR ŞƏHƏRİ NECƏ TALAN EDİB? – Dəhşətli maxinasiyalar

2 İCRA BAŞÇISI BİR ŞƏHƏRİ NECƏ TALAN EDİB? – Dəhşətli maxinasiyalar

Tarix: 11-02-2016, 19:48 Bölmə :Ölkə Baxış: 0
2 İCRA BAŞÇISI BİR ŞƏHƏRİ NECƏ TALAN EDİB? – Dəhşətli maxinasiyalar

10 milyonlarla dövlət vəsaiti abadlıq işləri adı ilə mənimsnilib

Həbsdə olan şirkət sahibinə 14 milyon manat verilib

Mingəçevir şəhər İcra Hakimiyyətinin (İH) 5 ildə xərclədiyi ümumi vəsaitlərlə bağlı araşdırma material hazırlanıb. “Bizim Yol” qəzetinin hazırladığı həmin materialda Satınalmalar üzrə Dövlət Agentliyinin verdiyi məlumatlara istinad edilib. Aydın olub ki, 2010-cu ildə Mingəçevir İH abadlığa 839 606 manat (“Mingəçevir-Tikinti” MMC), mənzil fondunun əsaslı təmir işlərinə 362 868 manat (“Palıdlı” MMC), asfalt örtüyünün əsaslı təmirinə 2 377 344 manat (“ATF” MMC), küçələrin abadlaşdırılmasına 199 499 manat (“Palıdlı” MMC), meydan, xiyabanların təmiri, abadlaşdırılmasına 298 598 manat (“Fərdi Tikinti”firması), mal və materialların alınmasına 133 337 manat (“Fəqan xidmət təşkilatı” MMC) xərcləyib. Həmin il Mülkü Müdafiə Qərargahının Ehtiyat Səfərbərlik Anbarının əsaslı təmirinə 95 944 manat (“Miri-S” MMC) sərf edib. Bunu təsadüfi yazmadım, çünki bu xərc maddəsi sonrakı illərdə də təkrarlanıb.

2 İCRA BAŞÇISI BİR ŞƏHƏRİ NECƏ TALAN EDİB? – Dəhşətli maxinasiyalar

2007 – 2012- ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı

2011-ci ildə şəhər İH üzrə yaşayış binalarının alkoponla üzlənməsi, qapı, pəncərələrin plastik materialla əsaslı təmiri 939 386 manat (“İnşaat-A Tikinti Istehsalat” MMC), mal və materiallar 131 000 manat (“MİRİ-S” MMC), abadlaşdırma 458 971 manat (“Tikinti-Təmir” MMC), yenə mal-materiallara 154 478 manat sərf olunduğu göstərilib (“Palıdlı” MMC). 2012-ci ildə yenə iri vəsaitlər xərclənib: 499 907 manat ərzaq məhsulları (“İaşəçi” MMC), 149 940 manat ət və ət məhsulları (“Ət, süd aqrar sənaye” müəssisəsi), 1 498 700 manat abadlıq, 498 540 manat yaşayış binalarının fasad-divar səthlərinin təmiri, rənglənməsi və dam örtüklərinin təmiri (hər ikisi “Mingəçevir-tikinti” MMC), 105 447 manat Mülkü Müdafiə Qərargahı anbarında əsaslı təmir (“Pərqam” MMC), 201 415 manat abadlıq və mal-materiallara (“Fəqan” xidməti təşkilatı), 2 260 708 manat prospekt, küçələr, məhəllədaxili yollar və səkilərin asfalt örtüyünün əsaslı təmiri (“ATF” MMC), 569 690 manat abadlıq (“Tikinti-Təmir” MMC), 345 095 manat mənzil fondunun əsaslı təmir işləri, 191 018 manat işıqlandırma üçün mal-materiallar (hər ikisi “Palıdlı” MMC), 109 337 manat da yenə mal-materiallara (“Fərid” xidmət təşkilatı) sərf olunub.

Böyük məbləğlərin şübhəli ünvanları

2 İCRA BAŞÇISI BİR ŞƏHƏRİ NECƏ TALAN EDİB? – Dəhşətli maxinasiyalar

2012- ci ildən indiyədək Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı

2013-cü ildə də böyük vəsaitlər xərclənib və eyni şirkətlərə verilməklə bərabər, reputasiyasında problem olanlara da iri pullar axıdılmaqda davam edilib. Əvvəlki illərdə görülmüş eyniadlı işlərə görə dörd tender “Palıdlı” MMC-yə üst-üstə 2 444 669 manata həvalə olunub. Azadlıq prospektində 16 mərtəbəli binada yanğın səbəbindən rəhbəri həbs olunan “Qlobal Konstrakşn” MMC-yə yüksəkmərtəbəli yaşayış evlərinin fasadının təmir və üzlənməsi üçün 3 999 864 manat vəsait ayrılıb.

Daha bir mübahisəli podratçı “Fəqan” xidmət təşkilatı da əvvəlki illərdə olduğu kimi, İH-dən tapşırıq alıb: 259 860 manatlıq mal-material ondan satın alınıb. Bu şirkət Mingəçevir və Goranboyda xeyli tenderi şübhəli şəkildə qazanıb. İH-in “Fərid” xidmət təşkilatı ilə işbirliyinin də olduğu barədə prokurorluğa müraciət edilib. Mülki Müdafiə Qərargahının anbarı üçüncü il də əsaslı təmir olunub və bu dəfə 9 983 manat sərf edilib. “Tikinti-Təchizat Dizayn” MMC-nin iki uşaq bağçası və iki məktəbin təmirinə hər biri yarım milyon manata yaxın olmaqla ümumülikdə 1 996 061 manat gedib. “ATF” MMC-yə şəhərdaxili, prospekt, küçələr, məhəllədaxili yollar və səkilərin asfalt örtüyünün əsaslı təmirinə görə 4 307 349 manat verilib.

1 999 702 manatı Dostluq parkında abadlıq üçün “Lider Monolit” MMC, 999 840 manatı yaşayış binalarında liftlərin dəyişdirilməsinə görə “Gilan-Lift” MMC alıb, qalan 397.568 manatlıq iş də üç müəssisə arasında bölünüb. 2014-cü ildə yaşayış binalarının üzlənməsi və işıqlandırılması üçün “Qlobal Konstrakşn”a düz 9 999 254 manat ödənib.

Üst-üstə 14 milyon havaya sovruldu, çünki sonradan həmin tezalışan konstruksiyalar insanların həyatı və əmlakına təhlükə törətdiyindən prezidentin göstərişi ilə respublikada kütləvi şəkildə söküldü. O vəsaitlərin büdcəyə qaytarılıb-qaytarılmadığı barədə məlumat verilmir. Yanğına görə hazırda rəhbər şəxslərinin həbsdə olduğu “Global Construction” MMC-nin fasadların üzlənməsi ilə bağlı iki tenderdə iştirakını təsdiqləyən məlumat var. Şirkətin web-saytında göstərilirdi ki, Mingəçevirdə iki 3, iki 5, iki 9, iki 12 mərtəbəli yaşayış, orta məktəb binası, uşaq bağçasının fasadını dəyişdirib. Bu məlumatlardan çıxış etsək, ümumilikdə 10 binaya dövlət büdcəsindən 14 milyon manat verilib, hər binaya 1,4 milyon manat düşür.

Təkcə üzlük və dam örtüklərinin dəyişdirilməsinə bu qədər vəsaitin ayrılmasının irimiqyaslı korrupsiyadan xəbər verdiyini biz hələ Palatanın apardığı auditdən əvvəl yazmışdıq. Mingəçevir İH-in “favoritlərindən” olan “Palıdlı” yenə həmin il gördüyü işləri təkrarlayıb və bu dəfə çeşidli təmir işləri, mal-materiala görə 6 tenderdə aldığı 5 399 555 manat büdcəsini tamamlayıb. Digər “favorit” “Tikinti-Təchizat-Dizayn” MMC-yə 3 749 014 manatlıq abadlıq, təmir işlərinə görə 5 tender qazandırılıb. “ATF” firmasına məhəllədaxili yollar və səkilərin asfalt örtüyünün əsaslı təmiri kimi bir iş verilib, amma dəyərli olub – 2 567 614 manat. Bu müəssisələrə ayrı işlər də həvalə olunub, bununla belə söz verdiyim kimi “xırdalığa” getmirəm. 3 252 530 manatlıq iri vəsaitlər də digər şirkətlər arasında bölünüb.

Korrupsiyanın alarmı – yenə “9″ rəqəmi

2 İCRA BAŞÇISI BİR ŞƏHƏRİ NECƏ TALAN EDİB? – Dəhşətli maxinasiyalar

2015-ci ilin 6 ayında şəhər IH əksər tenderdə “9″-ları yan-yana düzüb. Az məbləğ tapılar ki, içərisində üç ”9″ olmasın. Məsələn, 1 saylı tam orta məktəbin əsaslı təmiri 999 899 manat, 7 saylı tam orta məktəbin əsaslı təmiri 999 639 manat, 9 saylı tam orta məktəbin əsaslı təmiri 999 869 manat olub və nəticədə 2 999 407 manatlıq işlər “Tam Ortaqlı Inşaatçı Şirkəti”nə həvalə edilib. Hesabı elə qurublar ki, alınan rəqəm də 3 milyonun bir addımlığında üç “9″-la bitib.

Füzuli parkı və ətrafında abadlıq 2 999 340 manat, mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması 399 758 manata ”Palıdlı” MMC-yə verilib. Əvvəlki illərdə də bu rəqəm tez-tez qarşımıza çıxır. Dövrəyə davamlı “9″lar girəndə şərhə ehtiyac qalmır, gözünüzü yumub rahatca ”orada korrupsiya var”, deyə bilərsiz. Palatanın haqqın ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılmasının təxmini hesablamalar əsasında tərtib edildiyi barədə iradı bunu sübut edir. Işıqlandırma işlərinin görülməsi üçün mal-materialların alınması 217 877 manata yenə bu şirkətə həvalə olunub, nə təsadüfdürsə burada bir dənə də olsun “9″ rəqəmi yoxdur. Yenə ümumilikdə 3 616 975 manatlıq iş bir şirkətə verilib. Yaşayış binalarının fasadının üzlənməsi, dam örtüyünün təmiri keçən il də Mingəçevir üçün aktual olub və bu işə iki tenderdə cəmi 2 259 442 manat vəsait ayrılıb.

İşi görən ”Mingəçevir-Tikinti” MMC-yə yenə bir dəfə 499 609 manat dəyərində abadlıq, sonra 231 700 manata da prospekt və küçələrin işıqlandırma sisteminin yenidən qurulması işi həvalə edilib. “Günəşli”, “Bağlar” yaşayış massivlərini şəhərin mərkəzi ilə birləşdirən ümumi uzunluğu 10 km dairəvi avtomobil yolunun yenidən qurulması 4 949 726 manat (“ATF” MMC) olub. Hər kilometrə 494 972 manat – yəni yarım milyon pul xərclənib. Belə çıxır ki, 1 metrə 494 97 manat gedib. Mingəçevirdə heç mənzilin kv/m-i bu qiymətə satılmır. Prospekt, küçələr, məhəllədaxili yollar və səkilərin asfalt örtüyünün əsaslı təmiri ilə bağlı 2 671 508 manatlıq iş də yenə “ATF”-ə həvalə olunub. IH 1 440 000 manatlıq kommunal texnika (“Original Motors” MMC), 562 557 manatlıq da ərzaq məhsulları satın alıb (“Iaşəçi” MMC). Hər birinin dəyəri 100 min manatdan yuxarı bir neçə tenderin də qiyməti ümumilikdə 565 483 manat olub. Iri rəqəmlər abadlıq, yolların və mənzil fondunun əsaslı təmiri işlərinin həyata keçirilməsi zamanı bəzi hallarda işlərin dəyəri və həcmlərinin artırılması nəticəsində podratçılara artıq vəsait ödənildiyi ilə bağlı Palatanın hesabatındakı qeydlərin obyektiv olduğunu təsdiqləyir.

Qeyd edək ki, araşdırmanın əhatə etdiyi son 5 ildə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı postunda 2 nəfər əyləşib. Şəhər 2007-ci-2012-ci illərdə hazırda Göycay rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Mübariz Ağayev rəhbərlik edib.
2012-ci ildən bu yana isə şəhərə Niyazi Müzəffər oğlu Bayramov rəhbərlik edir.

Yəni, yuxarıdakı araşdırmada qeyd olunan son 5 ildəki və hətta ondan qabaqkı illərdə də baş verən böyük talançılıq bu 2 icra başçısının dövründə həyata keçrilib. Bu qədər açıq maxinasiyaların icra başçılarından xəbərsiz həyata keçirildiyini iddia etmək isə inandırıcı deyil.
Ancaq qeyd olunan talançılıqda hansı icra başçısının nə qədər rolu olub, bunu da Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi araşdırmalıdı. Araşdıracaqmı?

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Azərtranss” MMC nədən bu qədər MATAHDIR... - "TENDER KRALI"NA ÇEVRİLİB...

    "Azərtranss” MMC nədən bu qədər MATAHDIR... ...

    21-06-2021, 11:30

  • 
  • Naftalan icra hakimiyyətinin öz balaca dünyası var... - İLGİNC

    Naftalan icra hakimiyyətinin öz balaca dünyası ...

    25-12-2020, 12:11

  • 
  • Lənkəranda dövlət tenderlərini KİMLƏR UDUR?

    Lənkəranda dövlət tenderlərini KİMLƏR UDUR? ...

    26-05-2022, 15:43

  • 
  • “Fərəh M” MMC-nin işçisi rəhbərliyə 25.500 manat “atıb”

    “Fərəh M” MMC-nin işçisi rəhbərliyə 25.500 manat ...

    25-11-2013, 15:40

  • 
  • Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR

    Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC ...

    10-01-2021, 11:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu