GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycan XİN-i vizalar və dincələn səfirliklər haqda

Azərbaycan XİN-i vizalar və dincələn səfirliklər haqda

Tarix: 12-02-2016, 19:22 Bölmə :Ölkə Baxış: 0
Azərbaycan XİN-i vizalar və dincələn səfirliklər haqda

"Wanderlust" adlı səyahət jurnalının tərtib etdiyi "Dünyanın ən çətin viza alınan on ölkəsi" siyahısına Azərbaycan Respublikasının daxil edilməsini düzgün və obyektiv hesab etmirik. Jurnalın hansı meyar və məlumat əsasında bu siyahını hazırlaması və Azərbaycanı ora daxil etməsi ciddi sual doğurur".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən “Wanderlust” jurnalının tərtib etdiyi qeyri-obyektiv siyahıya münasibət bildirərkən deyiblər.

Qeyd olunub ki, jurnalın Azərbaycan Respublikasında vizaların rəsmiləşdirilməsi müddətinin dörd-altı həftə olması barədə iddiası tamamilə əsassızdır: "Bu, Azərbaycan Respublikasının müvafiq qanunlarına, qoşulduğu ikitərəfli və çoxtərəfli sazişlərə heç bir halda uyğun deyil. Bəzi yerli internet media orqanları tərəfindən bu məsələ təhrif edilərək, XİN-in peşəkar nüfuzuna xələl gətirmək məqsədilə əsassız şəkildə guya Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında daha çox qeyri-iş gününün tətbiq edilməsi ilə əlaqələndirilib. “Wanderlust” dərgisinin bu siyahısı bizim üçün meyar olmasa da, cavab hüququndan istifadə edərək, sözügedən məsələ ilə əlaqədar narazılığımız “Wanderlust” jurnalının redaksiyasına bildiriləcək".

XİN-dən bildirilib ki, ümumiyyətlə, vizaların rəsmiləşdirilməsi Xarici İşlər Nazirliyi və digər aidiyyəti nazirlik və dövlət qurumlarının cəlb olunduğu “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi və Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 2010-cu il tarixli 326 nömrəli “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərmanına əsasən həyata keçirilir.

Qanunvericiliyin tələbinə uyğun olaraq, viza sorğularının icrası adi hallarda 10 gün, əlavə araşdırma tələb olunduğu təqdirdə isə 15 gün təşkil edir. Turistlərə verilən elektron viza müraciətlərinə baxılma müddəti 10 təqvim günü, əlavə araşdırma tələb olunmadığı hallarda 5 və ya 7 təqvim günü müddətinə icra olunur. Yəni şənbə və bazar günləri də sənədin icra müddətinə daxildir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron turizm vizalarını Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində akkreditasiyadan keçmiş turizm şirkətləri vasitəsilə əldə edə bilərlər.

1 sentyabr 2014-cü il tarixindən qüvvəyə minən “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişə əsasən, viza ərizələrinə baxılması müddəti 10 təqvim günüdür. Göründüyü kimi, viza müraciətlərə baxılma müddəti qarşılıqlılıq prinsipi əsasında sazişi imzalayan dövlətlərin vətəndaşlarına eyni qaydada tətbiq edilir.

Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur və sair ölkələrin vətəndaşlarına 1 fevral 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilir. Bu qaydalar 10 noyabr 2015-ci il tarixindən etibarən Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşlarına şamil edilir. Bu ölkələrin vətəndaşlarına viza rəsmiləşdirilməsi yerindəcə Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında həyata keçirilir. Eyni şərtlər uzun müddətdir ki, Türkiyə və İsrail vətəndaşlarına münasibətdə də tətbiq olunur.

Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarı ilə respublika üzrə müəyyən olunan qeyri-iş günlərində belə, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında növbəçilik prinsipi əsasında iş rejimi həyata keçirilir. Burada, ölkəmizdə qeyri-iş günləri olduğu halda, diplomatik nümayəndəliyin yerləşdiyi dövlətlərdə iş rejiminin tətbiq olunması kimi məqam da nəzərə alınır.

Hazırda vizaların rəsmiləşdirilməsi prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi”nə cəlb olunmuş dövlət qurumları ilə birlikdə XİN tərəfindən hazırlanmış təkliflər Nazirlər Kabinetinə təqdim olunub.

Vizların rəsmiləşdirilməsi ilə bağlı daha ətraflı məlumat XİN-in internet saytından əldə edilə bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • XİN: “Rossiya 24”də Ermənistanın azərbaycanlı hərbçilər və mülki şəxslərə qarşı kütləvi şəkildə törətdiyi cinayət əməlləri təhrif edilib

    XİN: “Rossiya 24”də Ermənistanın azərbaycanlı ...

    27-11-2015, 19:55

  • 
  • XİN-dən Zeynəb Xanlarova ilə bağlı qalmaqala münasibət

    XİN-dən Zeynəb Xanlarova ilə bağlı qalmaqala ...

    29-08-2013, 22:14

  • 
  • Azərbaycan XİN almaniyalı deputata viza verilməsindən imtinaya münasibət bildirib

    Azərbaycan XİN almaniyalı deputata viza ...

    21-08-2018, 13:29

  • 
  • Azərbaycan XİN Gürcüstanın Abxaziya bölgəsində keçirilən qondarma “prezident seçkiləri”nə münasibət bildirib

    Azərbaycan XİN Gürcüstanın Abxaziya bölgəsində ...

    26-08-2019, 11:54

  • 
  • Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? - XİN-dən AÇIQLAMA

    Abel Məhərrəmovun səfir oğlu geri çağırılır? - ...

    23-11-2018, 15:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu