GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tünzalə: "Kameraya oynamıram, süni deyiləm" - MÜSAHİBƏ"

Tünzalə: "Kameraya oynamıram, süni deyiləm" - MÜSAHİBƏ"

Tarix: 18-02-2016, 13:10 Bölmə :Ölkə Baxış: 0
Tünzalə: "Kameraya oynamıram, süni deyiləm" - MÜSAHİBƏ"

gundemxeber.az primetime.az-a istinadən ölkənin əsas telelayihəsinin münsiflərindən biri olan Tünzalə Ağayevanın müsahibəsini təqdim edir:

- Bir neçə müddətdir ki, sizinlə görüşə bilmirdik... Səbəb də ki münsif olduğunuz layihədir. Tünzalə Ağayeva son aylar özünü sırf "Səs Azərbaycan" layihəsinə həsr edib?

-Bəli, telelayihə olaraq vaxtım ancaq "Ses Azərbaycan"a gedir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, uşaqların üzərində əziyyətim var. İştirakçıların üzərində vokal müəllimləri ilə birgə çalışıram və bu işdən inanılmaz zövq alıram. Səhnə təcrübəsi az olan ifaçılar gözümün önündə təcrübə toplayır, püxtələşirlər.

- Layihədə dönmədiyiniz Ruslan adlı iştirakçı Türkiyədə yayımlanan "O səs Türkiyə"yə qatılıb və seçilib. Bu da "Səs Azərbaycan" münsiflərinin tənqid olunmağına səbəb oldu...

-Gəlin önəmli bir faktı unutmayaq ki, "O səs Türkiyə"nin bu mövsümündə bütün qaydalar dəyişib. Hər münsifə 14 əvəzinə, 60-70 nəfər iştirakçı düşüb. Bu 60 nə deməkdir? Münsiflər artıq keyfiyyətə yox, komanda yığmağa önəm veriblər. Orada əyləşən münsif zəif, yaxşı oxuyan, lazım olan və olmayan iştirakçıları seçir. Bu ticari bir topdansatışa bənzəyir. Bu durumda da keyfiyyət aşağı düşür. Layihənin prodüseri verilişə sırf ticari cəhətdən yanaşdığı üçün, reytinq yüksək olsun deyə bu cür addım atır. Fikir vermisinizsə, əhalinin zövqü də nəzərə alınır. Orada qərb musiqisi az səslənir. Layihədə daha çox türk folkloru və estrada musiqisi səslənir. Orada format köklü şəkildə dəyişib. Ruslan mənim tanıdığım, səsinə bələd olduğum gənclərdən biri idi. O mənə deyəndə ki, səs layihəsinə gələcəyəm, düzgün repertuar seçməsini tövsiyə etdim. Amma sözümü dinləməyərək layihəyə yanlış mahnı ilə qatıldı və buna görə də ona heç kim dönmədi. Ruslan Türkiyəyə gedəndə artıq səhvlərini bilirdi və növbəti tura keçmək üçün hansı detallara önəm verməli olduğunu öyrənib getmişdir. Yenə də xatırladıram, gəlin unutmayaq ki, oradakı münsiflərə qrupuna 60 nəfər toplamaq lazım idi. Bildiyimə görə, Ruslan ələnən iştirakçılardan biri oldu.

- "O səs Türkiye"də heç bir həmyerlimiz yüksələ bilmədi. Zemfira, Aynişan, Leyla - bu adlar 4/1 finala keçə bilmədilər...

- Bu, əslində məntiqli nəticədir. Onlar bizim iştirakçıları saxlamayacaqdılar. Mən, bəlkə də peşəkar olduğum üçün, efiri izləyən kimi başa düşürdüm. Uşaqların aqibətinin məhz bu cür olacağını təxmin edirdim. Bu da onlar üçün bir təcrübə oldu. Qoy gedib özlərini tanıtsınlar.

- Leyla adlı həmyerlimizin ələnməsi türklərin özü tərəfindən sosial mediada etirazla qarşılandı. Dəstək olduqlarını yazsalar da sms göndərmədilər. Həmyerlimizin səs toplamamasının Elnur Huseynovun ötənilki qalibiyyəti ilə bir bağlantısı var?

- Türk tamaşaçısı bizimkini bəyənir, heyran olur, amma sms-i öz həmyerlisinə verir, bu da normal haldır. Biz də belə etməliyik. Toplum olaraq özümüzünkinə dəstək olmalıyıq. Leylaya gəldikdə isə, onun üçün Türkiyədə menecer tapılacaq və o qız bir layihə edəcək. O, mütləq bir prodüserin diqqətini cəlb edəcək. Belə istedadlar ortada qalmırlar. Allah onun yolunu açıq etsin. Burada səsi sms yollayanlar verir, əhali yox. Bir də ki millətçilik faktoru var. Onlar bizə qardaş deyir, biz də onlara, amma... Elnur bir dəfə möhürü qoydu, hər dəfə bizimkinə yaşıl işıq yandırmayacaqlar ki...

- "Səs Azərbaycan" qarşımıza fərqli Tünzalə çıxardı. Ciddi, sakit Tünzalə getdi, yerinə pozitiv, çılğın, yeri gəldi, canlı efirdə kövrələn, sevincdən yerində dayana bilməyən müğənni gəldi... Təbii ki, tamaşaçı "yeni" Tünzaləni birmənalı qarşılamadı, qəbul edənlər kimi etməyənlər də oldu.

- (gülür) Bizim tamaşaçı Tünzaləni bu cür görməyə öyrəşməyib. Azərbaycan teleməkanında belə nəhəng, yüksək keyfiyyətli, dünya standartlarına uyğun gələn layihə olmayıb. "Eurovision" tam başqa formatdır. Layihənin məqsədlərindən biri də, tanınmışları insani tərəfdən xalqa göstərməkdir. Mən doğrudan da indi efirdən izlədiyiniz kimiyəm, kameraya oynamıram, süni deyiləm. Sadəcə Tünzalə bu günədək bu şəraitdə deyildi. 10 dəqiqəlik gəlirəm efirə, o zaman da müxtəlif mövzulardan söhbət açılır.

- Ən çətin məqam, iki ifaçı arasındakı seçim zamanı yaşanır. Tünzaləni kövrəldən, təsirləndirən qarşılaşma hansı olub?

- Ləmanla Nailə arasında seçim edə bilmirdim, çox ağır dəqiqələr yaşadım. İştirakçılarımın hər biri əzizdir mənə, amma o qarşılaşma zamanı həqiqətən çətin anlar yaşadım...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Tünzalə Ağayeva belə istrahət edir - FOTO

    Tünzalə Ağayeva belə istrahət edir - FOTO ...

    3-08-2016, 10:54

  • 
  • "Səs Azərbaycan"ın qalibi bəlli oldu

    "Səs Azərbaycan"ın qalibi bəlli oldu ...

    6-03-2016, 12:54

  • 
  • “Bu nə oturuşdur?” – Tünzalə tənqid edildi

    “Bu nə oturuşdur?” – Tünzalə tənqid edildi ...

    11-09-2018, 13:32

  • 
  • “Tünzalə, Tovuzdan gəlib seks-simvol oldun!" - Murad Dadaşovdan ŞOK sözlər

    “Tünzalə, Tovuzdan gəlib seks-simvol oldun!" ...

    22-10-2018, 14:31

  • 
  • Tünzalə Ağayeva Adnan Oktarın yaxın adamıyla — FOTOFAKT

    Tünzalə Ağayeva Adnan Oktarın yaxın adamıyla — ...

    16-07-2018, 21:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu