Bakının Qaradağ rayonunda faciəli hadisə baş verib.
gundemxeber.az teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Qobustan qəsəbəsi, massiv 8, ev 48 ünvanında qeydə alınıb.
2016-ci ilin yanvarın 3-də dünyaya gələn Bahar Şahin qızı Babayeva beşikdən yıxılıb. O, kəllə-beyin travması ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Nevrocərrahiyə şöbəsinə gətirilib.
1 aylıq körpəyə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Körpə xəstəxanada ölüb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?