Terrorçu PKK qruplaşmasının Kərkük-Yumurtalıq neft kəmər xəttində partlayış törətməsi nəticəsində Türkiyəyə neft nəqli dayandırılıb.
Report "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda İraqın şimalındakı kürd muxtariyyətinin nazirliyi məlumat yayıb.
"Türkiyə sərhədi daxilində Şanlıurfa əyalətindəki sabotaj səbəbindən İraqın Şimalından Ceyhan limanına neft nəqli dayandırılıb", - deyə nazirlik vurğulayıb. Qurumdan bildirilib ki, bu, İraqın şimalında yaşayan xalqın dolanışığına qarşı yönəlmiş hücumdur: "Bu sayaq basqınlar xalqa böyük zərər verməkdədir".
İraqın şimalındakı hökumət Türkiyədən belə hücumların qarşısını almağı və təhlükəsizlik tədbirlərini gücləndirməyi istəyib: "Bu basqınları qınayır, Türkiyədən təhlükəsizliyi gücləndirməyi istəyirik."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?