Türkiyənin Şırnak vilayətinin İdil rayonu ərazisində PKK terrorçuları ilə döyüşdə yaralanan bir əsgər və bir polis şəhid olub. APA-nın “Sabah”-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada deyilir. “Terrorçular tərəfindən həyata keçirilən silahlı hücum nəticəsində bir əsgər və bir polis zabitimiz ağır şəkildə yaralanıb. Onlar dərhal xəstəxanaya yerləşdirilsələr də, həyatlarını xilas etmək mümkün olmayıb”, – deyə Baş Qərargahdan bildirilib. Qeyd edək ki, bu gün Diyarbəkirdə terrorçunun uzaqdan idarə etdiyi bombanın partlaması nəticəsində 6 hərbi qulluqçu şəhid olub. Bir gün əvvəl isə Ankarada baş verən terror aktında 28 nəfər həlak olub, 61 nəfər yaralanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?