Uşaqların itən məktəblilərdən birinin - Şamil Babayevin nənəsinin evinə getdikləri məlum olub.
Uşaqların vəziyyətinin yaxşı olduğu, hazırda Ş.Babayevin nənəsinin Hövsanda yerləşən evində olduğu bildirilir.
Bakıda ötən gündən yoxa çıxan iki məktəbli tapılıb.
Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib.
DİN rəsmisi 32 saylı orta məktəbin şagirdləri - 11 yaşlı Babayev Şamil və 10 yaşlı Safiyev İsmayılın paytaxt ərazisində tapıldığını qeyd edib.
Bildirilib ki, məktəblilər gün ərzində ailələrinə təhvil veriləcək.
Qeyd edək ki, fevralın 17-də günorta saatlarında Bakının 32 saylı orta məktəbinin 5-ci sinif şagirdləri Ş.Babayev və İ.Şəfiyev dərsdən çıxdıqdan sonra evə qayıtmayıb. Kamerka görüntülərindən bəlli olur ki, Nizami rayon 32 saylı orta məktəbin rus bölməsində 5-ci sinifdə təhsil alan 11 yaşlı Şamil Babayev və İsmayıl Şəfiyev dünən saat 17:20 radələrində məktəbdən çıxıb. Onlar piyada üzü “Neftçilər” metrostansiyası istiqamətinə gedib və "Dakar" dairəsi yaxınlığında kameraların nəzarət dairəsindən çıxıblar. Məktəblilər hərəkət edərək 25-ci Polis Bölməsinin ərazisindən 24-cü Polis Bölməsinin ərazisinə keçiblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?