Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının yeni seçilmiş Prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu ünvanlayıb.
gundemxeber.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Rebelo de Susa,
Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?