Əməkdar artist Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovdan danışıb.
gundemxeber.az axşam.az-a istinadən bildirir ki, müğənni "5-ci element" verilişində "Niyə bu nağıl tez bitdi?" sualına belə cavab verib:
"Bu yazıdır, həyatdır. Həyatımdakı ən gözəl addımdır. Bu nağıl mənim üçün bitməyib. Onun baş qəhrəmanı oğlumdur. Buna görə də heç vaxt bitə bilməz. Hüseyn çox ağıllıdır. Çox yaxşı ki, onu elə bir insandan dünyaya gətirmişəm".
R.Ayxan A.Cəlilovla münasibətlərindən də bəhs edib:
"Biz danışmırıq. Amma qətiyyən dalaşmamışıq. Bizim evdə Hüseyn bir dəfə yüksək səs eşitmədi. İndiyə kimi də elə bilir ki, danışmırıq, barışacağıq. Uşaq nəyin baş verdiyini anlaya bilmir. Necə bir-birimizə hörmətlə sevgi var idi, o indi də qalıb. Düşünürəm ki, onda da bu hörmət qalıb. Ömür boyu da qalacaq. O çox gözəl insan idi. Mən çox gözəl ailədən uşağımı dünyaya gətirmişəm".
R.Ayxan məmurlardan da danışıb. O, heç kimdən nəsə xahiş etmədiyini bildirib:
"Yeganə insanam ki, məmurlar məni görəndə özləri qışqırıb adımı çağırırlar. Dönüb deyirəm ki, "Sizi gördüm, utandım salam verməyə". Cavab verirlər ki, "Biz amma səni görəndə sevinirik. Bilirik ki, heç nə xahiş etməyəcəksən". Bütün işimi özüm həll edən adamam. Heç kimdən nəsə xahiş etmərəm".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?