GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Uşaqlarda təmizlik tərbiyəsi

Uşaqlarda təmizlik tərbiyəsi

Tarix: 20-02-2016, 19:55 Bölmə :Ölkə Baxış: 0
Uşaqlarda təmizlik tərbiyəsi

Tərbiyə hər yaşda var, 7-də də, 70-də də. Başqasını tərbiyə etmək özünü tərbiyə etməkdən başlayır. Özünü tərbiyə edə bilməyənin başqasına verdiyi tərbiyə əksər hallarda uğursuz olur.
Tərbiyə səhvdən qaçmaqdır, doğruya yönəlməkdir. Tərbiyə özü ilə mübarizədir, özünənəzarətdir. Tərbiyə təmizlənməkdir, arınmaqdır. Tərbiyə saflaşmaqdır, gözəlləşməkdir...
Kim tərbiyənin gücünə inanmırsa, Allahın bildirdiklərinə etiraz etmiş olur. Xoşbəxtlik istəyən insan özünü hər an tərbiyə modeli içində tutmağı öyrənməlidir.
Bəzi xəstəliklərin və xarakterlərin irsi olduğunu inkar etmirik. İrsiyyətin rolu var, ancaq əksər hallarda tərbiyə onu yenidən şəkilləndirə, dizayn edə bilir. Əgər tərbiyə irsiyyətdən güclü olmasaydı, onda daha bu qədər təlimlərə, kitablara nə ehtiyac var idi ki?..
***
Uşaqların tərbiyəsi bəzi fikirlərə görə, ana bətnindən, bəzi fikirlərə görə də valideynin nikahından başlanır. Əslində hər ikisi eyni mənaya gəlir və hər ikisi doğrudur. Əsas olan odur ki, verilən tərbiyə doğru olsun.
Alimlər deyirlər ki, uşağın dünyagörüşü ağ vərəq kimidir, ora istədiyin sözləri yaza bilərsən. Əgər irsiyyəti nəzərə almasaq, bu sözlə tam razılaşmaq olar. Ancaq bir məsələ də var ki, hər uşağın imkanları, potensialları eyni olmur.
***
Təmizlik iki müstəvidə olur: maddi və mənəvi. Hər biri də ciddi tərbiyə tələb edir. Əl-üzümüzü, üst-başımızı (elə ətrafımızı da) su ilə, sabunla, müxtəlif texniki vasitələrlə təmiz tutduğumuz kimi, mənəvi dünyamızı da səmimi etirafla, üzrxahlıqla, peşmançılıq hissi ilə, tövbə ilə təmizləməliyik. Özümüzdən başlamalıyıq ki, başqalarını da inandıra bilək, özümüzü tərbiyə etməliyik ki, başqalarını da tərbiyə edə bilək...
***
Başlayaq mənəvi təmizlikdən. Əgər bir ailədə valideynlər uşaqları eşidə-eşidə qonşunun arxasınca danışırlarsa, sonra da həyətdə həmin qonşu qarsilasanda üzlərinə səmimiyyət maskası taxaraq, şirin-şirin hal-əhval tuturlarsa, onların verdiyi tərbiyənin, dedikləri sözlərin müsbət mənada heç bir təsiri olmayacaq. Hələ bəlkə həmin uşaq valideyninin o qədər də səmimi olmadığını düşünəcək. Ola bilsin ki, bu gün üzə vurmayacaq, "Evdə filankəsin haqqında bir cür danışırdınız, ancaq özünü görəndə başqa cür danışırsınız" deməyəcək, ancaq hər halda yenə öz düşündüyünü düşünəcək.
***
Əsl tərbiyə sözlə olmur, gözlə olur. Yəni, uşaq eşitdiyinə yox, gördüyünə inanır. Eşitdiyindən daha çox, gördüyündən dərs alır. Bir mənzərəni təsəvvür etməyə çalışın:
Axşam ailə toplaşanda ana atanı sorğu-suala tutur:
- Bəs sən niyə demirsən ki, filankəsə kömək eləmisən, onu xəstəxanaya aparmısan, dava-dərmanını almısan?
Hiss olunur ki, ata bu mövzuda danışmaq istəmir, söhbəti dəyişir. Qadınsa, elə bil, ərini yenicə tanıyırmış kimi əl çəkmək istəmir:
- Bu səhər həyətdən çıxanda rastlaşdıq. Səndən bir razılıq eləyir ki, yerdən göyə qədər. Deyir, atanın-qardaşın elədiyi yaxşılığı səndən görüb.
Atanın kefi pozulan kimi olur və açıq-aydın görünür ki, söhbətin uzanması onu narahat edir:
- Səndən çox xahiş edirəm, bu söhbəti danışmayaq. Allah bizə bir işə yaramağı, bir yaraya məlhəm olmağı nəsib edibsə, bunun üçün şükür etməliyik...
Söhbətin mövzusu dəyişir və hər kəs süfrə başında öz yerini tutur. Gecə yatağına girəndə üçüncü sinifə gedən oğul atasının gizli qəhrəman olduğunu düşünür və elə bunu düşünə-düşünə də yuxuya gedir...
***
Etiraf, üzrxahlıq mədəniyyəti tərbiyədə çox mühümdür. Səmimi insan öz səhvi üçün uşağından üzr istəməkdən çəkinməz. Bu, təkcə özünü deyil, həm də qarşı tərəfi tərbiyənin ən gözəl yoludur. Üzr istəmək əskiklik deyil, təmizlənməkdir, etirafdır, üzrxahlıqdır, dürüstlükdür, böyüklükdür. İnsan səhvində təkid edirsə, "Mən böyüyəm, mən haqlıyam", - deyirsə, qarşı tərəf ya ədəb göstərib söhbətdən çəkiləcək, ya da "hücuma keçib", hər şeyi bir-bir sayıb tökəcək.
***
Mənəvi təmizlik və bu istiqamətdə tərbiyə söhbətini istədiyiniz qədər uzatmaq mümkündür, ancaq bircə onu vurğulamaq kifayətdir ki, başqasını tərbiyə özünütərbiyədən başlayır.
İndi də maddi təmizlik və bu istiqamətdə tərbiyədən danışaq. Maddi təmizlik tərbiyəsi, yuxarıda dediyimiz kimi, valideynlərin nikahından başlayır və sonra da mərhələlərlə davam edir. Körpənin yaxasından asılmış təmiz dəsmaldan tutmuş, onun yatağına döşənən mələfəyə qədər hər şeyin tərbiyəyə birbaşa dəxli var.
Təmizlik tərbiyəsi əslində kompleks bir işdir və gün boyu davam etdirilməlidir. Uşaq yuxudan durdumu, düşündüyü ilk iş təmizlik olmalıdır. Bu cür məsələlərdə güzəştə getmək də doğru deyil. Yatağın yığışdırılması, otağın səliqəyə salınması, əl-üzün yuyulması, dişlərin fırçalanması, saçları daramaq, dırnaqları tutmaq, paltarları ütüləmək, ayaqqabıları təmizləmək... bir sözlə, hər birisi təmizlik tərbiyəsinin müəyyən çalarlarını ifadə edir.
***
Bəzən ana canıyananlıq edərək uşağının görməli olduğu işləri öz boynuna götürür: onun yatağını yığışdırır, paltarını yerindən asır, masasının üstünü səliqəyə salır, ayaqqabısını boyayir və s...
Etiraf edək ki, fədakarlığı ilə xarakterizə olunan Azərbaycan anasının bu davranışları əksər hallarda uşağın təmizlik tərbiyəsinə pis təsir bağışlayır. Bəlkə də bütün bunlar ana üçün çətin deyil, ancaq o çalışmalıdır ki, uşağı da bu vərdişə yiyələnsin. Çünki ana həmişə onun yanında olmayacaq. Ana ona nail olmalıdır ki, uşaq heç kimdən kömək gözləmədən süpürgəni, ya da tozsoranı əlinə götürüb yatağının yanını təmizləməyə adət etsin, ya da heç kimdən yardım istəmədən paltarlarını ütüləməyi öyrənsin, bir sözlə, təmizliyi özünün həyat standartına çevirsin.
***
Təkcə əl-üzün, üst-başın deyil, ətraf mühitin də təmizliyinə çalışmaq hər birimizin insanlıq borcudur. Əgər biri evinin zibilini süpürüb, insanların gəlib-getdiyi yola tökürsə, bu təmizlik yarımçıqdır, el arasında deyildiyi kimi, bığdan alıb saqqala qoymaqdır. Əsl təmizlik bir şəhərin, bir ölkənin, bütün dünyanın təmizliyini düşünmək və bu istiqamətdə çalışmaqdır.
Təmizlik gözəllikdir, insanlığın ən mühüm şərtlərindəndir. Təmiz olmaq və təmizliyi aşılamaq, ən əsası isə tərbiyə halına gətirmək bizim insanlıq borcumuzdur. Bütün gözəlliklərin örnəyi, ən mükəmməl insanlıq məktəbi olan Uca Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) heç sevmədiyi 4 xüsusiyyətdən birinin pintilik olduğunu bildiriir. Bu bilgi əslində bizə təmizliyin dinimizdə nə qədər həssas məsələ olduğunu ortaya qoyur. Bütün ibadətlər də əslində elə insanın mənən və cismən təmizlənməsi üçündür. Allah (c.c.) biz qullarını təmiz, məsum olaraq yaradır və bizə təmiz olmağı öyrədir. Təmiz olmaq əslində Haqqa qovuşmağa hazırlaşmağın başqa bir adıdır. Təmiz olaq, təmiz olmağı təbliğ edək ki, Allah (c.c.) da bizə təmiz olmağı nəsib etsin.
"Zaman Azərbaycan"

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

  • Uşaq bağçalarına elektron qəbul başlanılır

    Uşaq bağçalarına elektron qəbul başlanılır ...

    28-02-2020, 14:38

  • 
  • Bakıda müəllim şagirdin başını divara çırpdı

    Bakıda müəllim şagirdin başını divara çırpdı ...

    12-01-2022, 16:30

  • 
  • "Xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər" - Dövlət başçısı

    "Xarici dairələr gəncləri özləri üçün əsas ...

    7-09-2021, 15:13

  • 
  • BŞTİ məktəblərə işə qəbul İMTAHANLARININ VAXTINI AÇIQLADI

    BŞTİ məktəblərə işə qəbul İMTAHANLARININ VAXTINI ...

    1-11-2017, 18:35

  • 
  • SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər DAYANDIRILIR

    SON DƏQİQƏ – Bakıda bütün məktəblərdə dərslər ...

    17-01-2019, 00:41

Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu