Respublikanın daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirilib.
gundemxeber.az musavat.com-a istinadən bildirir ki, Yasamal Rayon Polis İdarəsinə (RPİ) rayon ərazisində yerləşən marketlərin birində orada satıcı işləyən vətəndaşa bıçaqla hədə-qorxu gələrək kassada olan 550 manat pul və tütün məmulatlarının quldurluq yolu ilə ələ keçirildiyi barədə məlumat daxil olub.
Rayon polis idarəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş iki nəfər - Oqtay Tahirov və Vüsal Abbaszadə saxlanılaraq istintaqa təqdim edilib.
Qeyd edilən faktla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları saxlanılan şəxslərin analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. O.Tahirov və V.Abbaszadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Yasamal RPİ-yə müraciət edə bilərlər
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?