GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakı küçələrində yenidən tramvay görünəcək

Bakı küçələrində yenidən tramvay görünəcək

Tarix: 23-02-2016, 15:22 Bölmə :Ölkə Baxış: 0
Bakı küçələrində yenidən tramvay görünəcək

"Böyük Bakının Regional İnkişaf Planı"nın layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub. Paytaxtda ciddi dəyişikliklər olacaq, çünki Bakının gələcəyi ilə bağlı yeni böyük layihələr var. "Böyük Bakının Regional İnkişaf Planı" təsdiqləndikdən sonra şəhərin gələcəyinin necə olacağı çoxlarında maraq doğurur. Hazırlanan layihə 2030-cu ilə qədər olan dövrü əhatə edir.

gundemxeber.az APA-ya istinadən bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şəhərsalma şöbəsinin müdir müavini Fəxri Aydəmir deyib ki, 2030-cu ilə qədər Bakının şəhər strukturu büsbütün dəyişəcək. Yeni plana əsasən, 282 hektarlıq ərazisi olan Bakı 5 inzibati ölçü vahidinə, yəni rayonlara bölünəcək. Bura mərkəzi Bakı, ətraf, şimal-şərq və cənub rayonları daxildir. Paytaxtın inkişafına Abşeron yarımadası, Sumqayıt və Xırdalan şəhərlərinin prizmasından baxılacaq. Yeni planda Bakıətrafı dəmiryol xətlərinin bərpası nəzərdə tutulub. Layihəyə görə, dəmiryol vağzalının ərazisi kiçildiləcək, Dənizkənarı Milli Park isə əksinə, böyüdüləcək.

Bakının baş planında Xırdalana metro, Sumqayıta sürət qatarlarının çəkilişi nəzərdə tutulur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Fəxri Aydəmirin sözlərinə görə, "Böyük Bakının Regional İnkişaf Planı" Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış saziş müqaviləsi əsasında işlənib hazırlanıb. Layihə 2014-cü ilin sonunda təsdiq olunması üçün Nazirlər Kabinetinə təqdim olunub. "Böyük Bakının Regional İnkişaf Planı" iki mərhələdən ibarətdir. Birinci Böyük Bakının Regional İnkişafı , ikinci isə Bakının ərazilərinin istifadə və zonalaşdırma planı"dır.

"Böyük Bakının Regional İnkişaf Planı" layihəsində paytaxtın iqtisadi inkişafının əsas istiqamətləri ilə bağlı bəzi təkliflər əksini tapıb. Belə ki, şəhər mərkəzinin modernləşdirilməsi, Bakı metrosunun genişləndirilməsi və "Ağ şəhər" layihəsinin həyata keçirilməsi perspektiv və potensial layihələrdən sayılır.

Bakı ətrafında çoxzolaqlı dairəvi yolun salınması, Böyük Şor ərazisində Olimpiya şəhərciyinin, eləcə də Böyük Zirə adasında "İstirahət sağlamlıq kompleksi"nin tikilməsi layihənin əsas tərkib hissəsidir.

"Böyük Bakının Regional İnkişaf Planı" Sumqayıt, Abşeron rayonunun bir hissəsi Xırdalan şəhəri daxil olmaqla Bakının ərazisini əhatə edir. Bu layihələrin hər ikisi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında işlənilib. 2014-cü ildə artıq hökumətə təqdim olunub. Bu daha çox konseptual, dövlət proqramlarının qəbul olunması üçün müxtəlif proqram və tədbirlərin həyata keçirilməsi üçün işlənilmiş bir sənəddir. Planda şəhərin perspektiv inkişaf mərhələləri nəzərdə tutulub. Bakıda alt və lokal mərkəzlərin yaradılması nəzərdə tutulub. Bu daha çox Binəqədi və Bakıxanov rayonlarının ərazilərini əhatə edəcək. Eləcə də Sabunçu rayonlarında alt mərkəzlərin, ətraf ərazilərdə lokal mərkəzlərin yaradılması nəzərdə tutulub.

Baş plana əsasən, Bakıda pərakəndə tikililər söküləcək. Hazırda söküntü işləri "Sovetski" adlanan məhəllədə aparılır. Bundan əlavə "Xutor", "Kubinka", "Beşmərtəbə" adlanan zona və "20-ci Sahə"də söküntü işlərinin aparılacağı gözlənilir.

"Böyük Bakının Regional İnkişaf Planı"na əsasən, "Qara şəhər" adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi də nəzərdə tutulur.

Fəxri Aydəmir qeyd edib ki, "Bakı Ağ şəhər" bulvarının salınması istiqamətində də işlər aparılır. Şəhərdəki sıxlığı aradan qaldırmaq üçün ali təhsil müəssisələrinin mərkəzdən köçürülməsi prosesi də həyata keçiriləcək. Komitə rəsmisinin sözlərinə görə, ali məktəblərin Ələt, Səngəçal, Zığ, Xocahəsən, Dübəndi, Sumqayıt, Böyük Şor ərazisinə köçürülməsi planlaşdırılır. Komitə rəsmisinin sözlərinə görə, köçürüləcək universitetlərin adları hələ bəlli deyil: "Bu, hələlik bir təklif formasındadır. Sonrakı mərhələdə köçürüləcək universitetlərin adları da məlum olacaq. Bundan əlavə zərərli sənaye zonasının paytaxtdan kənara, daha doğrusu Qaradağ rayonuna köçürülməsi nəzərdə tutulub. Planda Bakı şəhərindəki köhnə məhəllələrin sökülməsi ilə bağlı təkliflər öz əksini tapıb. Konkret ünvanlar haqqında danışmaq hələ tezdir. Nazirlər Kabinetinin sonuncu qərarı ilə son üç rayonun adı, əhalinin sayı və hansı əraziyə köçürülməsi artıq bəllidir. Söhbət Binəqədi, Sabunçu və Qaradağ rayonlarının ərazisindən gedir. Bu pilot layihə 5 il müddətinə icra olunacaq".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakıda tramvay xəttinin yaradılması üçün müxtəlif variantlar üzərində çalışırlar. "Böyük Bakının regional inkişaf planı"nda artıq bu məsələ öz əksini tapıb. 2030-cu ilədək həyata keçiriləcək layihə Bakı şəhərində bir sıra istehsal sahələrinin də inkişafına təkan verəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dəmiryol vağzalı şəhərdən kənara köçürülür

    Dəmiryol vağzalı şəhərdən kənara köçürülür ...

    24-12-2013, 10:43

  • 
  • Bakı Dəmiryol Vağzalı köçürüləcək, amma bilinmir hara...

    Bakı Dəmiryol Vağzalı köçürüləcək, amma bilinmir ...

    31-10-2014, 14:17

  • 
  • Bakıda böyük dəyişikliklər olacaq - yeni Baş Planın bilinməyən detalları açıqlandı

    Bakıda böyük dəyişikliklər olacaq - yeni Baş ...

    17-10-2013, 15:59

  • 
  • Bakıda metrobus olacaq

    Bakıda metrobus olacaq ...

    19-07-2013, 11:40

  • 
  • Bakıdakı universitetlər bu ərazilərə köçürüləcək - SİYAHI

    Bakıdakı universitetlər bu ərazilərə köçürüləcək ...

    20-10-2014, 11:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu