Bakı Metropolitenində cibgirlik edən şəxs tutulub.
GuundemXeber.az bildirir ki, bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, metronun "Sahil" stansiyasında Bakı şəhər sakini Flora İsgəndərovanın içərisində pul, şəxsiyyət vəsiqəsi və metro kartı olan pul qabını oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, 1988-ci il təvəllüdlü Rəşad Hüseynov tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?