Natavanla tez-tez küsürük, amma güclü dalaşmırıq. Mən həmişə xanımlarla olan münasibətimdə qarşı tərəfə güc verirəm. Xanım incə məxluqdur, ona naz yaraşır. Qadın mənlə dalaşırsa, ona da eyni şeyi etmək düz deyil.
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elnur Məmmədov "Hər şey daxil" verilişində deyib. Sənətçi dostu, həmkarı Natavan Həbibi ilə münasibətlərindən bəhs edib:
"Məni toya çağıranda, kimisə soruşanda birinci Natavanı məsləhət görürəm. Bizim səhnə çıxışımız çox izlənilir. Bir gün toya dəvət edilmişdik. Dedim, birinci mən, sonra Natavan çıxacaq. Məclisə gəlmişəm ki, ev yiyəsi narahatdır. Sən demə, Natavan deyib ki, mən onla heç vaxt bir oxumaram. Gəldi yanımdan düz keçdi, şok oldum".
N.Həbibi həmin vaxt dostundan çox incidiyini etiraf edib:
"Çox küsmüşdüm. Səbəbini indi xatırlamıram. Hər dəfə küsəndə barışıq addımını Elnur atır".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?