GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Məşhur avtomobil şirkəti istehsalı dayandırır

Məşhur avtomobil şirkəti istehsalı dayandırır

Tarix: 24-02-2016, 16:06 Bölmə :Ölkə Baxış: 0
Məşhur avtomobil şirkəti istehsalı dayandırır

"Rolls-Royce Motor Cars" şirkətinin baş icraçı direktoru Torsten Müller-Otvos (Torsten Müller-Ötvös) bildirib ki, 2016-cı ildə şirkət cari nəsil "Phantom" modelinin istehsalını dayandıracaq.

gundemxeber.az Trend-ə istinadən bildirir ki, bir müddət öncə isə şirkət 2018-ci ildən etibarən bütün "Rolls-Royce" modellərində istifadə olunacaq yeni alüminium platformasını sınamağa başladığını elan edib. Baş icraçı direktor onu da bildirib ki, "Phantom Coupe" və "Drophead Coupe" modelləri gələcəkdə istehsal olunmayacaq. Bu əfsanəvi modellərin dövrünün bitməsi 50 möhtəşəm avtomobildən ibarət xüsusi "Phantom Zenith" kolleksiyası ilə qeyd olunacaq.

Yeddinci nəsil "Rolls-Royce Phantom" modelinin istehsalına 13 il bundan öncə başlanılıb. Bu model "Rolls-Royce Motor Cars" brendinin dirçəlişində aparıcı rol oynayıb. Hazırda isə dəbdəbənin zərif və güclü göstəricisi sayılan möhtəşəm "Phantom VII" öz tarixinin sonuna yaxınlaşır.

Bu ilin noyabrında Qudvud əyalətində yerləşən "Rolls-Royce" zavodunda "Phantom Coupe" və "Drophead Coupe" modellərinin son nüsxələri buraxılacaq ki, bir müddət sonra bu nəsil avtomobillərin istehsalı dayandırılacaq. Lakin kolleksiyaçıları şad xəbər də gözləyir, belə ki, istehsalın dayandırılmasına qədər 50 xüsusi avtomobildən ibarət "Phantom Zenith" kolleksiyasını buraxacaq. Bunula yanaşı, bu il "Phantom VII" limuzinlərinin son nüsxələri də istehsal olunacaq.

"Mən fəxr və həyəcan ilə bildirirəm ki, yaxın zamanda biz qabaqcıl texnologiyalar və dizayn yenilikləri ilə istehsal olunmuş dəbdəbəli və müasir yeni "Phantom" avtomobilini təqdim edəcəyik. "Phantom" avtomobillərinin hər yeni nəsli - avtomobil tarixində yeni dövr yaradır, ona görə də biz mükəmməlliyi əldə etməyə çalışırıq", - deyə T. Müller-Otvos bildirib.

"Rolls-Royce Motor Cars" şirkəti ilk dəfə "Phantom VII" modelini 2003-cü ildə təqdim edib və bununla da ultra-lüks avtomobil istehsalında yeni yüksək standartları müəyyənləşdirib. "Phantom VII" 13 ildən çox dəbdəbənin etalonu hesab olunub. Bu illər ərzində öz gözəlliyi ilə dünyanı heyrətləndirmiş və dəbdəbəli avtomobil anlayışını yenidən yaratmış bir sıra möhtəşəm "Phantom" modeli Qudvudda istehsal olunub. İndi isə məşhur modelin tarixində yeni səhifə açmaq vaxtıdır.

Dünya avtomobil səhnəsini tərk etməyə hazırlaşan "Phantom VII" hələ də unikal və bənzərsiz dəbdəbə etalonu sayılır: hər biri tarixin son nüsxəsi olacaq və məhdud sayda istehsal ediləcək kolleksiya modelləri "Phantom VII"nin yolunu tamamlayacaq. "Rolls-Royce Motor Cars" şirkətinin "Bespoke" seriyasına cavabdeh dizaynerlər "Phantom Coupe", "Drophead Coupe" və "Limousine" modellərinin unikal variantlarını hazırlayacaqlar. Hər bir "Rolls-Royce" avtomobilini əl ilə istehsal edən istedadlı mütəxəssislər unikal və unudulmaz avtomobilləri yaratmaq üçün uzun və zəhmət tələb edən işə indidən hazırlaşırlar.

İlk xüsusi kolleksiya "Phantom Zenith" adlandırılacaq ki, bura "Rolls-Royce Motor Cars" şirkətinin istehsal etdiyi son 50 "Phantom Coupe" və "Drophead Coupe" modelləri daxil olacaq.

"Zenit - inkişaf, zirvə və mükəmməlliyin etalonu deməkdir, - deyə "Rolls-Royce Motor Cars" şirkətinin baş dizayneri Cayls Teylor (Giles Taylor) qeyd edib. - Kolleksiya öz adını tamamilə doğruldacaq. "Phantom Zenith" seriyası "Phantom Coupe" və "Drophead Coupe" avtomobillərində istifadə olunmuş ən yaxşı seçimləri əks etdirəcək və müştərilərə bir neçə xoşagələn sürprizlər təqdim edəcək. Bir daha istehsal olunmayacağına görə bu kolleksiyanın müştərilər arasında yüksək maraq yaradacağını düşünürük".

Xoş sürprizlər sırasında avtomobilin yük bölməsinə yerləşdirilmiş piknik üçün ləvazimatlar, lazer ilə işlənmiş və "Rolls-Royce" 100EX və 101EX modellərinin dünyaya ilk dəfə nümayiş olunduğu Villa d'Este və Cenevrə şəhərlərinin qoltuqaltında görüntüləri və əfsanəvi "Spirit of Ecstasy" heykəlciyinin yeni təfsiri yer alıb. Bundan başqa, hər bir alıcıya qiymətli suvenir təqdim olunacaq. Kolleksiyaya daxil olacaq avtomobillər "Rolls-Royce" tarixinin fərqli dövrlərinə həsr olunmuş maraqlı rənglər qammasında təqdim olunacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mafiya başçısı Azərbaycan nömrəli “Rolls-Royce”la İsmayılovun evinə getdi

    Mafiya başçısı Azərbaycan nömrəli “Rolls-Royce”la ...

    10-10-2019, 15:53

  • 
  • “Laçın”ın qarşısındakı “Rolls Royce” icra başçısınındır, yoxsa bazarkomun?

    “Laçın”ın qarşısındakı “Rolls Royce” icra ...

    7-10-2015, 00:00

  • 
  • Telman İsmayılovun oğlunun 2 milyonluq avtomobili satışa çıxarılır - VİDEO

    Telman İsmayılovun oğlunun 2 milyonluq avtomobili ...

    20-10-2017, 17:36

  • 
  • “Rolls Royce” lüksün sərhədlərini genişləndirir: Britaniyada 376 milyon dollarlıq möhtəşəm sərmayə

    “Rolls Royce” lüksün sərhədlərini genişləndirir: ...

    8-01-2025, 22:12

  • 
  • Fizuli Ələkbərov "Rolls-Royce" binasına görə cərimələnir? - TƏFƏRRÜAT

    Fizuli Ələkbərov "Rolls-Royce" binasına ...

    12-12-2023, 23:52


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (278)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu