Bununla bağlı MTN-ə daxil olan məlumat Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb Bakı şəhər sakini Əsli Həsənovanın saxta sənədlər əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sosial müavinət alması ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə material daxil olub.
Baş Prokurorluqdan Xəzərİnfo.Az-a verilən məlumata görə, şikayət məktubu Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı aydın olub ki, Ə.Həsənovanın 1992-ci ildə Rusiyada odlu silahla qətlə yetirilmiş ərinin guya Qarabağ uğrunda döyüşlərdə həlak olması barədə saxta sənədlər əldə etməklə, 2007-ci ildə “Şəhid ailəsi” statusu alıb və həmin vaxtdan 2014-cü ilin yanvar ayınadək Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən qanunsuz olaraq 4.435 manat məbləğində sosial müavinət alıb.
Bununla bağlı şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?