Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Dövlət Sabirlidən 8 ədəd 100 manatlıq, 52 ədəd 50 manatlıq və 11 ədəd 20 manatlıq, ümumilikdə 3 620 manatlıq saxta əskinas götürülüb.
Onun yaşadığı Sabirabad rayonunun Kürkənd kəndindəki evinə baxış zamanı isə "HP" markalı printer aşkar edilərək götürülüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?