Xəbər verdiyimiz kimi, xalq artisti İlhamə Quliyeva bu saatlarda vəfat edib. Onun dünyadan köçməsinə üzülənlər sırasında prodüser Tolik oldu.
Adim.az bildirir ki, primetime.az-a danışan Tolik göz yaşlarını saxlaya bilmədi: "Çox pis olmuşam. İnana bilmirəm. İlhamə xanımla yaxşı münasibətimiz var idi. İlhamə Quliyeva çox mərd öldü. Heç kimə əyilmədi. Yatağa düşüb, aylarla xəstə yatmadı". Tolik xalq artistinin ölümünə sevinənlərə də səsləndi: "Heç kim İlhamə Quliyevanın vəfat etməsinə sevinməsin. Belə bir gün hər kəsin qapısında var".
Onu da qeyd edək ki, İlhamə Quliyeva sonuncu dəfə Tolikin Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi adına layiq görülməsinə həsr edilən məclisə qatılmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?