Ermənistanda onlarla "Gelandewagen"in iştirakı ilə toy korteji təşkil olunub.
gundemxeber.az baku.ws-ə istinadən bildirir ki, İrəvanda paytaxt sakinlərindən biri özü üçün möhtəşəm toy qeyd edib. Toy mərasiminə gələn qonaqların bahalı avtomobilləri Ermənistan kimi kasıb bir ölkə üçün həddən artıq çoxdur.
Sirr deyil ki, Ermənistanın iqtisadiyyatı böhran içindədir. Ölkədə, demək olar ki, hər gün hökumətə qarşı etiraz aksiyaları keçirilir. İşsizliyin tüğyan etdiyi bir ölkədə sadə erməni bu cür toy edə bilməz. Hökumət tərkibində olan məmurların övladları belə bu cür bahalı toy etmək imkanına malik deyil.
Demək olar ki, Ermənistandakı bütün "Gelandewagen"ləri toy kortejinə toplayan səbəbkar çox güman ki, narkotik alverçisidir. Belə ki, çoxlarına sirr deyil ki, ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində narkotik əkib milyonlar qazanırlar. Narkobaronların toplaşdığı toy mərasiminin səbəbkarı barədə dəqiq məlumatlar yoxdur. Ancaq toy karvanının videosu Ermənistanda sosial şəbəkələrdə paylaşıldıqdan sonra ölkədə böyük səs-küyə səbəb olub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?