Bakı şəhəri, Xəzər rayonunda intihara cəhd hadisəsi olub.
Adim.az report-a istinadən bildirir ki, Binə qəsəbəsində 101 saylı yataqxanada yaşayan 29 yaşlı Azər Qəhrəmanov intihar məqsədilə bıçaqla özünün qol nahiyəsinə xəsarət yetirib.
A.Qəhrəmanov 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına aparılıb və tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Onun intihara cəhd etməsinin səbəbləri hələlik məlum deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?