Nəqliyyat naziri Ziya Məmmədova məxsus “Qarant Holding” çökür
“Qarant”ın tərkibinə daxil olan müəssisələrdə böhran hökm sürür. Aylardır ki, işçilərə əmək haqqı verilmir. Mətbuat xəbər verir ki, artıq “Qarant”ın rəhbərliyində holdingin fəaliyyətinin dayandırılması ilə bağlı müzakirələr aparılır. Qeyd edək ki, bundan əvvəl “Qarant”a daxil olan “QarantSığorta” “PaşaSığorta”ya verilmişdi. Hələ o zaman bildirilirdi ki, bu Ziya Məmmədova məxsus holdingin çöküşünün başlanğıcıdır. Bəzi iddialara görə, “Qarant Holding”in bu vəziyyətə düşməsi Ziya Məmmədovun əvvəlki qüdrətini itirməsilə bağlıdır. Məlumat üçün deyək ki, Ziya Məmmədov hazırda faktiki olaraq portfelsiz nazir funksiyasını yerinə yetirir. Yəni, onun nəqliyyat naziri kimi fəaliyyəti formal xarakter daşıyır. Çünki Ziya Məmmədovun səlahiyyətlərinin əhəmiyyətli hissəsi əlindən alınıb. Bəzi məlumatlara görə, yaxın vaxtlarda ümumiyyətlə Nəqliyyat Nazirliyi ləğv ediləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?