GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » HƏBSXANADAN DƏHŞƏT SAÇAN MƏKTUB

HƏBSXANADAN DƏHŞƏT SAÇAN MƏKTUB

Tarix: 25-02-2016, 17:00 Bölmə :Ölkə Baxış: 0
HƏBSXANADAN DƏHŞƏT SAÇAN MƏKTUB

Məhkum işgəncələr altında eləmədiyi cinayəti «etiraf» etməyə məcbur olduğunu deyir

Həbsxanadan məktub gəlib. Vəsiyyət xarakteri daşıyan məktubu Şüvəlan həbsxanasından Sübhan Kərimov göndərib. Məktubda deyilir: “Əziz atam, qardaşım və doğmalarım. Bu məktubun bir neçə surətini çıxarıb prezidentə, birinci xanıma, baş prokurora, daxili işlər nazirinə, ədliyyə nazirinə, Milli Məclisə, ombudsmana, sosial şəbəkələrə və mətbuata verin. Ona görə ki, hələ də inanmıram ki, 6 aydan çoxdur ki, başıma gətirilənlərlə bağlı yazdığım saysız məktublar adları qeyd olunan şəxslərə çatmayıb.
31.07.2015-ci ildə Şakir adlı tanışımla mərkəzi bazarın yanında söhbət edirdim. Bu vaxt dörd nəfər mülki geyimli şəxs mənə yaxınlaşıb kiminlə dalaşmağımı soruşaraq maşınla Sumqayıt şəhəri 4-cü polis bölməsinə gətirdilər. Telefonum itdiyindən üstümdəki həyat yoldaşımın telefonu idi. Bunu və telefonun içində ailə-uşağımın şəkillərinin olduğunu yolda Səbuhi adlı təhqiqatçıya dedim. O, yoldaşımın adını soruşanda cavab vermədim və bu zaman Səbuhi mənə təhqiramiz sözlər dedi. Bölmədə isə Kənan adlı rəis müavini məni “isti münasibət”lə qarşıladı. Sonra isə iki telefon gətizdirib onları filan yerdən apardığımı bildirdi. Mən telefonları tanımadığım şəxsdən aldığımı və ehtiyat hissəsi kimi hansı mağazaya satdığımı dedim. Müsibətim bundan sonra başladı. Döyüləndən sonra Kənan müəllim üstümdəki telefondan yoldaşımın şəklini göstərərək “biz deyənlərlə razılaşmasan, arvadını bura gətizdirməsəm, belə-belə (söyüşləri yazmıram) olum” dedi. Sonra da salafanda narkotik vasitə olan anaşa otu göstərdi. Mən belə şeylərdən uzaq olduğumu dedim. Sonra Kənan başda olmaqla adları yadımda qalan Səbuhi, Zaur, Fəxrəddin və digər adamlar söyüşlərlə qaydasız döyüşə başladılar. Bir neçə dəfə özümdən getsəm də, Kənan müəllim seyfindən maye halında çıxardığı dərmanı burnuma tuturdu və istədiyini boynuma qoymağa təhrik edirdi. Saxlanılarkən əynimdə olan sarı köynək çırılıb çıxmışdı. Qalan paltarlarımı da çıxarıb məni yerə yıxdılar. Polis dəyənəyini götürüb mənə elə bir şey tətbiq edəcəklərini dedilər ki, özümü polis bölməsində deyil, erməni əsirliyində hiss etdim. Başımı birtəhər qaldırıb bir neçə polis nəfərinin əlində mobil telefonun kamerasıyla biabırçı mənzərəni çəkməyə hazır dayandıqlarını gördüm. Dünya başıma fırlandı və onlara dayanmalarını, dedikləriylə razılaşdığımı bildirdim.
Səhərisi gün mayor rütbəli Fərəməz adlı şəxs mənə təzə köynək alıb gətirdi. Mənə təklif olundu ki, 2-ci mikrorayon ərazisində yerləşən qaçqın evinə girdiyini boynuna al, onsuz da bölmə rəisi Ruslan müəllim Sumqayıt şəhər məhkəməsinin sədri Zeyqəm müəllimin oğludur və sənin işini yoluna qoyarıq. Onlara ev yiyəsinin mənim ora necə girdiyimi soruşacağını deyəndə, onun da çarəsi olduğunu bildirib plan qurdular. Belə ki, Fərəməzin aldığı köynəyi geyindim, Kənanın verdiyi qara kepkanı qoydum və sahə müvəkkili Ramil Hüseynovun gətirdiyi qara eynəyi taxdım. Kənan, Ramil və digər polis əməkdaşlarıyla hadisə yerinə yollandıq. “Təlimata” görə mən burada “Qorotdel”dən gələn “ekspert mütəxəssis” rolunu oynamalı idim. Ev yiyəsi tanımadığım orta yaşlı bir kişi və səhv etmirəmsə, onun oğlu qırmızı köynəkli bir oğlan idi. Kişi hadisənin necə baş verdiyini söylədikcə əlimdəki Ramilin verdiyi qara dəftərçəyə “qeyd” edirdim. Bölməyə qayıdanda atamın gəldiyini dedilər. Yazıq atam məni görüb tanımadı. Məni bu hala kimin saldığını deyəndə utandığımdan yıxıldığımı bildirdim. Amma Kənan məni özünün döydüyünü, telefonda balaca qızlarımın şəklini görüb yazığı gəldiyi üçün məni öldürmədiyini dedi. Həmin gün axşam Kənan müəllim onu satmadığım üçün mükafat olaraq rus arağı gətirdi. Içmədiyim üçün keşiyimi çəkən polis səhəri günü arağı apardı.
Iki gündən sonra mən hadisə yerinə müstəntiq, Kənan, Ramil, bölmə əməliyyatçısı və polis idarəsinin bir işçisiylə yenidən getdik. Müstəntiq bir neçə rakursda şəklimi çəkdi. Bu dəfə evə girən oğru kimi şəkillərimi çəkdilər. Qayıdanda ev yiyəsi polisləri saxlayıb mənə sual vermək istədiyini bildirdi. O mənə “a bala, stulun üstündə nə var idi” deyə, soruşanda mən təlimatda olmadığı üçün duruxub “nə stul? Heç nə yox idi” dedim. Ev sahibi də “aydındır, qondarma işdir, evimə girən bu deyil” dedi.
Doğrudur, mən əvvəllər ailəmin düşdüyü ağır vəziyyətə görə cinayət törətmişəm. Bunu etiraf edirəm. Amma cəzamı çəkərək 14 saylı cəzaçəkmə müəssisəsindən 7 dəfə təşəkkür elan olunan nümunəvi məhkum kimi azad olunmuşam. Mən tutulandan sonra kiçik qızım ailəmin hazırda kirayədə yaşadığı evin 4-cü mərtəbəsindən yıxılıb kəllə-beyin travması almışdı və onun Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın müdaxiləsindən sonra sağ qalması mənə kəsilən cəzadan da təsirli olmuşdu. Imkanım olsaydı, Mehriban Əliyevaya üz tutub deyərdim. Qızım 4-cü mərtəbədən yıxılmışdı. Çox sağ olun ki, onu ölməyə qoymadınız. Indi isə xilas etdiyiniz qızın atasıını 4-ci polis bölməsinin hazırladığı ssenariylə yıxılmağa qoymayın.
Bu gün Kənan kimi bir çox vəzifəli şəxslər qanunsuzluqlara yol verirlər. Bu məktubdan sonra haqlarımın pozulduğuna görə etiraz olaraq aclıq aksiyasına başlayıram. Başıma gətirilən və özümə edəcəyim hansısa xoşagəlməz hadisəyə görə isə Ruslan Hüseynov, Kənan Nəbiyev, Səbuhi Bayramov, Mehman Babayev, Ələhməd Əhmədli və Ələsgər Məmmədov məsuliyyət daşımalıdır. Bu məktubu heç bir təzyiq və müdaxilə olmadan özüm yazaraq doğruluğunu imzamla təsdiq edirəm”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şəhid atası Atış Hüseynovun Prezidentə, Birinci Vitse-Prezidentə, Daxili İşlər Naziri və Baş Prokurora müraciəti

    Şəhid atası Atış Hüseynovun Prezidentə, Birinci ...

    6-04-2020, 22:54

  • 
  • Azərbaycan Prezidenti sinqapurlu həmkarına məktub göndərib

    Azərbaycan Prezidenti sinqapurlu həmkarına məktub ...

    9-08-2018, 00:22

  • 
  • Azərbaycanlı məhbusların “Ad günü şənliyi” – Şiddət saçan işgəncələr…

    Azərbaycanlı məhbusların “Ad günü şənliyi” – ...

    23-11-2018, 15:23

  • 
  • İlham Əliyev bolqarıstanlı həmkarına məktub göndərib

    İlham Əliyev bolqarıstanlı həmkarına məktub ...

    31-01-2015, 14:05

  • 
  • Ədliyyə nazirinə yeni müavin təyin edilib

    Ədliyyə nazirinə yeni müavin təyin edilib ...

    26-12-2019, 16:42


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu