Bu gün Şəki Apellyasiya Məhkəməsində Müsavat başqanının müavini Tofiq Yaqublu və Real Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Bu barədə virtualaz.org saytına Tofiq Yaqublunun vəkili Nemət Kərimli bildirib. Vəkil bidirib ki, Penitensiar Xidmətin məhkəməyə göndərdiyi məktub oxunub. Məktubda qeyd olunub ki, işlərin çoxluğundan məhkumları məhkəməyə gətirmək mümkün olmayıb.
Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. Bundan sonra onlar Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət ediblər. Kassasiya şikayətində onların barəsində olan hökmün ləğv edilməsi, həmin şəxslərin azadlığa buraxılması barədə məsələlər qeyd olunub. Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib. Şəki Apellyasiya Məhkəməsinin İ. Məmmədov və T. Yaqublu barəsindəki qərarı ləğv edilib, iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.
İ. Məmmədov və Tofiq Yaqublu İsmayıllı hadisələrinə görə, həbs olunublar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?