Bakının Səbail rayonunda orta məktəbdə xoşagəlməz hadisə baş verib.
İnsident N.Rəfibəyli küçəsi, 13 ünvanında yerləşən 189 saylı orta məktəbdə qeydə alınıb. Həmin məktəbdə hələ kimliyi dəqiqləşdirilməyən valideyn xuliqanlıq zəmnində Bakı şəhər sakini, 1946-cı il təvəllüdlü Yelena Murad qızı İbadovanı döyüb. Yelena İbadova həmin orta məktəbdə müəllimə işləyir.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsində araşdırma aparılır.(teleqraf.com)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?