Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi aparılan yoxlamaların nəticələrini əsas tutaraq əmək fəaliyyətlərində buraxdıqları nöqsanlara görə tabeliyində olan Ə.Bakıxanov adına 6№ -li Uşaq Musiqi məktəbinin direktoru Almaz Əhmədovaya və məktəbin tədris işləri üzrə direktor müavini İlahə Ağayevaya yazılı xəbərdarlıq edib.
gundemxeber.az bildirir ki, bu barədə report-a idarədən məlumat verilib.
Xatırladaq ki, idarənin ilin əvvəlindən apardığı yoxlamaların nəticələrinə əsasən, qurumun tabeliyində olan mədəniyyət müəssisələrinin bir neçə əməkdaşına da töhmət və xəbərdarlıqlar olunub.
Sorğu
Yeni dizaynımız necədir?