GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Memati": "Mafiya başçısı da olaram, transseksual da"

"Memati": "Mafiya başçısı da olaram, transseksual da"

Tarix: 29-02-2016, 12:14 Bölmə :Ölkə Baxış: 0
"Memati": "Mafiya başçısı da olaram, transseksual da"

Bəzi rollar, sözün əsl mənasında, aktyorun üzərinə yapışır. Hətta bəzən əsl adı unudulur, hamı onu canlandırdığı obrazın adı ilə xatırlayır. Bu taleyi yaşayanlardan biri də aktyor Gürkan Uyqundur. Biz onu məşhur "Kurtlar Vadisi"nin "Memati"si kimi tanıyırıq. Ancaq o, adı çəkilən serialdan öncə də bir çox rola çəkilib, həyatını sənətinə həsr edib. Ömrünün çox hissəsi teatrlarda keçib.

Son günlər "Geym of Bizans" filmindəki Qazi Maqosa obrazı ilə danışılan Gürkan Uyqun "Hürriyət"ə maraqlı müsahibə verib.

gundemxeber.az publika.az-a istinadən müsahibəni təqdim edir:

- Ordulusan?

- (Gülür) Sağ olsun, kimsə internetdə belə bir məlumat paylaşıb. Gürcü əsilli sakaryalıyam. Ancaq İzmitdə dünyaya göz açmışam.

- Aktyor olmağa da İzmitdə qərar vermisən?

- Hələ litsey illərində könlüm teatrda olub. Həvəskar teatrlarda fəaliyyət göstərirdim. Daha sonra İstanbulda konservatoriyaya daxil oldum. Yıldız Kentər və Haldun Dormen kimi ustalardan dərs aldım. Mətin Serezli də daxil olmaqla bir çox dəyərli insanın tələbəsi oldum. Teatr üslubunu, aktyor əxlaqını onlardan öyrəndim. Belə şəxsiyyətlərin tələbəsi olmaq ən böyük şansım idi.

- Eşitdiyimə görə, indi də evdə iki müəllimin var.

- Hə, övladlarım həyatımı dəyişdirdi. İki övladım var: qızım 7, oğlum isə 5 yaşındadır.

- Ata olmaq nələri dəyişdirdi?

- Məsələn, həyat yoldaşımla görüş saatımız dəyişdi (Gülür).

- Həyat yoldaşın Şəbnəmi "Biri bizi gözetliyor evi"ndən tanıyırıq. Keçmiş günlərin xətrinə indi də oxşar formatda olan verilişləri izləyirsiniz?

- Uşaqlar olmadan öncə gecələr oturub çoxlu söhbət edirdik. İndi elə deyil. Uşaqlar saat 22:00-da yatırlar. Ondan sonra əyləncəyə vaxt ayırmaq olmur. Televiziya izləyir, bir az söhbətləşirik.

- Övladlarının sənin adam asıb-kəsdiyin səhnələri izləməyə icazələri var?

- Çox şükür ki, hələlik, izləməli olmayıblar. Ancaq indi elə dövrdür ki, heç nəyi gizlədə bilmirsən. Oyuncaq əvəzinə planşetlə oynayırlar. Yəqin ki, internetdə, orada-burada görürlər. Yaxşı ki, artıq hər şeyi dərk edə biləcək yaşdadırlar.

- Məmati öldü... Bəs sən içindəki Məmatini öldürə bilmisənmi?

- Mən aktyoram, istəyəndə əsəbi, şiddətə meyilli adam obrazına bürünürəm. Ancaq xarakterim tamam fərqlidir. Ömür boyu cəmi iki dəfə davaya qarışmışam. Onun da biri ibtidai, digəri orta məktəbdə olub.

- Deməli, Məmati obrazı ilə heç bir oxşarlığın yoxdur?

- Məmatinin mənim dünyamla heç bir əlaqəsi yoxdur. Onun əksinə mən sakit insanam. Həmişə ortaq mövqe tapmağa, yola getməyə çalışıram. Daxildə gərginlik keçirsəm də, bunu hiss etdirmirəm. Məmati sadəcə hər istədiyini edən, gözünü qırpmadan adam öldürən xəyali bir obrazdır.

- Yəni, o boyda Məmatini yaradan adam evdə xanımı görən kimi süd tökmüş pişiyə çevrilir?

- "Çöldə rol üçün canavar olsam da, evdə quzuya çevrilirəm", - deyim, sən də rahatlaş, mən də (Gülür). Məncə, ailəni, evlilik həyatını qadınlar daha yaxşı idarə edirlər.

- Silahlarla aran necədir? İstifadə etməyi bacarırsan?

- Silah mərdliyi pozur. Silahdan istifadə etmək mərd adama yaraşmaz. Silahdan başım çıxmır, adlarını belə yadımda saxlaya bilmirəm.

- Bir ara kliplərə də çəkilirdin.

- (Gülür) Yəqin, Yıldız Tilbənin "Vazgeçtim" adlı mahnısına çəkilən klipdən bəhs edirsən. Həmin klipə hələ konservatoriyada oxuduğum illərdə çəkilmişəm. Bu yaxınlarda dostlarımdan biri albom çıxaracaq, onun da klipində rol alacam.

- Yeni il gecəsi "O səs Türkiyə" verilişində sanki içindən Rey Çarlz çıxdı. Gələcəkdə albom çıxarmaq fikrin var?

- Elə bir niyyətim yoxdur. Ancaq dost məclislərində mahnı oxumağı, əylənməyi xoşlayıram.

- Sən, sözün əsl mənasında, türk xalqının damarını tuta bilən aktyorlardansan.

- Tipim xaricilərə bənzəmir, ona görə də, tamaşaçı məni tez qəbul edir. Şanslıyam. Hər şey "Deli Yürek" serialında rejissor Osman Sınavın mənə verdiyi rolla başladı. Onda hərbi xidmətdən yenicə qayıtmışdım. Daha öncə "Tatlı kaçıklar", "Affet bizi hocam" və "Çiçek taksi" seriallarında rol alsam da, elə böyük uğur qazana bilməmişdim. "Deli yürek" kimi seriallar populyarlaşandan sonra fərqli üz quruluşum sayəsində seçilməyi bacardım.

- Fərqli üz quruluşu deyəndə nəyi nəzərdə tutursan?

- Əvvəllər bizim kimilərə çirkin deyirdilər, indi isə xarizmatik deyirlər (Gülür).

- Bunda qarşındakını titrədən, qorxunc baxışlarının da rolu var.

- Hə, bu, ən böyük üstünlüyümdür. Məsələn, heç kim mənə yaxşı oynayırsan demir, hamı deyir ki, "o necə baxışlardır, elə?".

- Elə baxmağı necə bacarırsan?

- Bunun üçün çox işləmişəm. Quşlardan kömək aldım. İnternetdə şahin, qartal fotolarına, videolarına baxaraq, onların hərəkətlərini yamsılayırdım.

- Hər rol üçün heyvanlar aləmindən faydalanırsan?

- Heyvanlar aləmindən yox, internetdən faydalanıram. Çünki orada istədiyin hər şeyi tapa bilərsən. İstər qatil, istər narkoman olsun, internetdəki şəkillərə baxaraq onun obrazına bürünə bilərsən.

- Hansı rolun sənə uyğun olduğuna necə qərar verirsən?

- Sadəcə, rol üçün deyil, bütün önəmli qərarları verməzdən öncə tək qalmağa çalışıram. Sakaryanın kəndində yerləşən evimizə gedirəm. Orada yaxşıca düşünüb qərarımı verirəm. Onsuz da hədəfim 5-6 il işlədikdən sonra kəndə yerləşməkdir. Əkib-biçmək, həyətimdə odun doğrayıb, yandırmaq istəyirəm.

- Türkan Şoray kimi sənin də "Gürkan Uyqun qaydaları"n varmı?

- Diqqətimi çəkməyən rolları, təbii ki, rədd edirəm. Ancaq heç bir rola qarşı fobiyam yoxdur. Mənim üçün rolun böyüklüyü, kiçikliyi də əhəmiyyətli deyil.

- Həyat yoldaşın rol seçiminə qarışır?

- Yox, hamısına özüm qərar verirəm. İstər mafiya başçısı olsun, istər transseksual, rolun öhdəsindn gələ biləcəyimə inanıramsa, razılıq verərəm.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Memati Polada rəqib olur

    Memati Polada rəqib olur ...

    28-06-2013, 00:52

  • 
  • “Kurtlar Vadisi Pusu”-da ağır itki - Aktyor qəflətən dünyasını dəyişdi (Foto)

    “Kurtlar Vadisi Pusu”-da ağır itki - Aktyor ...

    23-11-2015, 18:04

  • 
  • "Kurtlar Vadisi"nin çəkilişində ağır qəza: Necati Şaşmazın çənəsi qırıldı

    "Kurtlar Vadisi"nin çəkilişində ağır ...

    3-11-2014, 08:38

  • 
  • "Kurtlar Vadisi"nin Zazası Bakıda (VİDEO)

    "Kurtlar Vadisi"nin Zazası Bakıda ...

    5-02-2015, 15:13

  • 
  • “KURTLAR VADİSİ”NDƏ DƏYİŞİKLİK OLACAQ

    “KURTLAR VADİSİ”NDƏ DƏYİŞİKLİK OLACAQ ...

    29-07-2013, 00:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu