Xalq artisti Flora Kərimova mərhum həmkarı və illərlə düşməni olan İlhamə Quliyevanın oğlu Orxana cavab verib.
Publika.az vasitəsi ilə Orxana üz tutan xalq artisti onun səviyyəsindən incimədiyini bildirib: “Orxan, əgər sən düşünürsən ki, bu sözlərlə xətrimə dəyəcəksən, məni özümdən çıxaracaqsan, yanılırsan. Əsla xətrimə dəymədin. Mənim üçün bu sözlər fəxarətdir. Adını çəkdiyiniz Elçibəy mənəvi atamdır. Doğma valideynlərimə gəlincə, atam hörmətli professor Ələkbər Məcid oğlu, anam Zümrüd xanım həmişə mənə başucalığı gətirib”.
Qeyd edək ki, Orxan Nadirov “big.az” saytının “sizin Flora adlı bacınız var və Fransada yaşayır" sualına tərbiyəsiz cavab verib: “Hə, adı Floradır, soyadı da Kərimova. Atasının adı da İsa Qəmbər olmalıdır, ya da ki Əbülfəz Elçibəy. Araşdırın dəqiq”.
Sorğu
Yeni dizaynımız necədir?