Bakı metrosunda oğurluqda şubhəli bilinən qadın tutulub.
Daxili İşlər Nazirliyindən oxu.az-a verilən məlumata görə, oğurluq hadisəsi martın 2-də baş verib.
Belə ki, martın 2-də Ülkər Tarverdiyevaya və Şəhla Əliyevaya məxsus ümumilikdə 76 manat oğurlanıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də 76 manat oğurlamış Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Turac Məmmədova tutulub.
Saxlanılan zamanı, ondan 0,207 qram heroin götürülüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?