gundemxeber.az bildirir ki, hadisə şahidlərinin anspress-ə verdiyi məlumata görə, Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında yanğın başlayıb.
Fövqalə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qarşısının alınması üçün nazirliyin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi əraziyə cəlb edilib, hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.
Sakinlərin binadan təxliyə edildiyi bildirilir.
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada son dəfə yanğın hadisəsi bu ilin yanvar ayında baş verib. Hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi, 148 ünvanında yerləşən məcburi köçkünlərin məskunlaşdığı 5 mərtəbəli yataqxana binasında qeydə alınıb.
Binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanmağa başlayıb. Ehtimal edilir ki, mənzillərdən birindəki elektrik naqillərində qısa qapanma yaranıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?